Azərbaycana xaricdən kərə yağı idxalı kəskin azalıb
2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycana 36 milyon 169 min dollar dəyərində 5717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsini aylıq hesabatına istinadən xəbər verir.
2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 53 milyon 721 min dollar dəyərində 7686 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunmuşdu.
Beləliklə, Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxal 2026-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 17 milyon 552 min dollar və ya 32,7%, miqdar ifadəsilə 1968 ton və ya 25,6% azalıb.
BİTKİ YAĞLARININ İDXALI ARTIB
2026-cı ilin ilk 3 ayı ərzində Azərbaycana 44 milyon 98 min dollar dəyərində 28036 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 272 min dollar və ya 5,4%, miqdar ifadəsilə 1275 ton və ya 4,8% çoxdur. 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 41 milyon 826 min dollar dəyərində 26761 ton bitki və heyvan mənşəli piylər və yağlar idxal olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 24 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
5 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
6 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib















.jpg)



