Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABB süni intellekt infrastrukturu qurur - Çox yüksək hesablama gücünə malik serverlər alır

Azərbaycan Beynəlxalq Bankı (ABB) serverlərinin satın alınması üçün tender elan edib. ABB bu serverləri süni intellekt layihələri üçün alır. Çünki tenderdə göstərilən serverlər çox yüksək hesablama gücünə malik avadanlıqlardır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABB süni intellekt infrastrukturu qurur - Çox yüksək hesablama gücünə malik serverlər alır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABB “NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərinin satın alınması üçün tender elan edib.

Marja.az xəbər verir ki, iştirakçı şirkətlərin xidmət göstərilən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyətinin olması tələb edilir. İddiaçılar təkliflərini 10 aprelə qədər müvafiq qaydada ABB-yə təqdim edə bilərlər.

Əldə etdiyimiz məlumata görə, ABB bu serverləri süni intellekt layihələri üçün alır. Çünki tenderdə göstərilən serverlər çox yüksək hesablama gücünə malik avadanlıqlardır. 

“NVIDIA” HGX B200 əsaslı “Dell GPU”  serverlərindən daha çox böyük dil modellərinin (LLM) və digər süni intellekt modellərinin öyrədilməsində, hazır modellərin işlədilməsində, məsələn, çatbot, səsli köməkçi, sənəd analizi, OCR, risk və fraud aşkarlanması, çox böyük data emalı və paralel hesablamalarda, bəzi hallarda klassik yüksək performanslı hesablama (HPC) işlərində istifadə olunur.

Qeyd edək ki, ABB-nin müxtəlif istiqamətlərdə tətbiq etdiyi süni intellekt modellərinin sayı artıq 176-a çatıb. Bankdan verilən məlumata görə, bu modellər ABB üçün 34.5 milyon AZN-dən çox müsbət maliyyə təsiri yaradıb. Hazırda ABB-də süni intellekt əsaslı 69 layihə həyata keçirilməkdədir.

ABB bu günlərdə AI-khan və AI-nur adlı süni intellekt köməkçilərini də bütün müştərilərin istifadəsinə verib. Onlar müxtəlif bank əməliyyatlarını səsli komandalarla yerinə yetirir, sualları cavablandırırlar.

“NVIDIA” HGX B200 əsaslı “Dell GPU” serverlərinin satın alınması üçün tenderin keçirilməsi ABB-nin dayanıqlı süni intellekt infrastrukturunun qurulmasına da ciddi investisiyalar etdiyini göstərir.

İş elanları AzVak.az-da

ABB bankı ABB süni intellekt layihələri NVIDIA HGX B200 Dell GPU serverləri ABB tender elan edib bankda süni intellekt infrastrukturu LLM böyük dil modelləri AI modellərinin öyrədilməsi çatbot texnologiyası səsli köməkçi texnologiyası OCR sənəd analizi risk və fraud aşkarlanması böyük data emalı paralel hesablama HPC yüksək performanslı hesablama bank sektorunda süni intellekt ABB AI layihələri 176 süni intellekt modeli 69 AI layihəsi 34.5 milyon AZN maliyyə təsiri AI-khan süni intellekt köməkçisi AI-nur süni intellekt köməkçisi səsli bank əməliyyatları bank texnologiya investisiyaları ABB texnologiya inkişafı Azərbaycan bank sektorunda AI süni intellekt server infrastrukturu banklarda rəqəmsal transformasiya.
01.04.2026 15:25

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18