Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Meta Platforms şirkət üzrə aparılan yenidənqurma çərçivəsində yüzlərlə əməkdaşı ilə yollarını ayırır.
Marja xəbər verir ki, Bloomberg-ə danışan mənbənin məlumatına görə, ixtisarlar yalnız ABŞ ilə məhdudlaşmayacaq, şirkətin fəaliyyət göstərdiyi digər beynəlxalq bazarlarda da tətbiq olunacaq. Təsirə məruz qalan əməkdaşların bir hissəsinə şirkət daxilində fərqli vəzifələr təklif edilə biləcəyi və ya işlərini davam etdirə bilmələri üçün başqa ölkələrə keçmək imkanı veriləcəyi bildirilir.
Bundan əlavə, Reality Labs bölməsində çalışan bəzi əməkdaşlara ixtisarlara hazırlıq məqsədilə uzaqdan işləmə tapşırığı verildiyi qeyd olunub.
Təxminən min nəfər ixtisar ediləcək
Meta sözçüsü açıqlamasında bildirib: “Meta daxilində komandalar hədəflərinə ən yaxşı şəkildə çatmaq üçün mütəmadi olaraq yenidən strukturlaşdırılır və ya dəyişikliklər edilir. Mümkün olan hallarda, vəzifəsini itirən əməkdaşlar üçün şirkət daxilində fərqli imkanlar yaratmağa çalışırıq.”
İxtisarların ümumilikdə min nəfərdən az əməkdaşı əhatə etdiyi bildirilir. Meta-nın ilin əvvəlində dünya üzrə təxminən 79 min əməkdaşı mövcud idi.
Süni intellektə böyük investisiya davam edir
Şirkət xüsusilə süni intellekt sahəsində texnologiya sektorunun ən aqressiv investorlarından biri hesab olunur. Meta bu il kapital xərclərinin rekord səviyyəyə çatacağını proqnozlaşdırır və xərclərin 135 milyard dollara qədər yüksələ biləcəyini açıqlayıb.
Şirkətin Baş icraçı direltoru Mark Zuckerberg 2028-ci ilə qədər ABŞ-dakı infrastruktur layihələrinə ümumilikdə 600 milyard dollar sərmayə yatırmağı planlaşdırdıqlarını bildirib. Zuckerberg həmçinin süni intellektin şirkət daxilində iş proseslərini köklü şəkildə dəyişdirdiyini vurğulayaraq, mühəndislərin artıq kodlaşdırma və müxtəlif layihələrdə süni intellekt agentlərindən istifadə etdiyini qeyd edib.
Yanvar ayında da ixtisarlar olmuşdu
Meta bu ilin əvvəlində də əməkdaş sayını azaltmışdır. Artırılmış reallıq eynəkləri və virtual reallıq başlıqları hazırlayan Reality Labs bölməsi yanvar ayında da min nəfərdən çox əməkdaşını ixtisar etmişdi. Bu addımın metaverse layihələrindən tədricən uzaqlaşma və süni intellekt əsaslı geyilə bilən texnologiyalara yönəlmə strategiyası çərçivəsində atıldığı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 4 saat əvvəl
-
5 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
5 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
5 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
6 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
6 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 6 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı



















