ABB-dən “Fayda Max Abunəlik” proqramı
(®) Müştərilər üçün davamlı üstünlüklər yaradan ABB daha bir maraqlı yeniliyini təqdim edib. Bu, “Fayda Max Abunəlik” proqramıdır. Bu yenilik ABB mobile istifadəçilərinə “Fayda Max” proqramının “Bürünc”, “Gümüş” və “Qızıl” mərhələlərinə aylıq abunə olmaq imkanı yaradır. Belə ki, müştəri Fayda Max üzrə 1 aylıq tapşırıqları tamamlamağa başlayıb hər hansı mərhələyə çatır, abunə olmaq istədiyi mərhələ ilə mövcud mərhələ arasındakı qiymət fərqi qədər ödəniş edib istədiyi mərhələyə abunəlik qazanır.
Məsələn, əgər müştəri hələlik yalnız “Gümüş” mərhələyə çatıbsa, amma “Qızıl” mərhələ istəyirsə, yalnız fərq qədər — 12 AZN (19 - 7 = 12) ödəniş edib “Qızıl” mərhələyə abunə olur.
Müştəri tapşırıqları tamamlayaraq “Qızıl” mərhələyə çatıb lakin daha aşağı mərhələyə abunə olmaq istədikdə isə həmin ay üçün heç bir ödəniş tutulmur.
Abunəlik modeli seçilən mərhələ üzrə 1 aylıq aktivlik təmin edir və ödəniş olunan andan etibarən cari ayın sonuna qədər istifadə imkanı verir. Abunəlik hər ay avtomatik yenilənir.
Bu, ölkəmizdə mobil bankçılıqda tətbiq olunan ilk abunə əsaslı loyallıq sistemidir.
Aylıq ödənişlə dərhal mükafat və üstünlüklərə çıxış, tapşırıqlar vasitəsilə mərhələyə çatdıqda endirimli abunə haqqı, müştərinin seçiminə uyğun 3 fərqli paketin (“Bürünc” – 3 AZN, “Gümüş” – 7 AZN, “Qızıl” – 19 AZN) olması bunun üstünlükləridir. Abunəliyin avtomatik yenilənməsi – istifadəçi rahatlığına xidmət edir.
Fayda Max ABB mobile tətbiqinin bütün istifadəçiləri üçün yaradılmış loyallıq proqramıdır. Müştəri Fayda Max-a qoşulub mərhələlərin hər hansı birini tamamladığı halda, ona növbəti ay tamamladığı ən son mərhələyə uyğun mükafatlar təqdim olunur. Proqram haqqında daha ətraflı məlumatları buradan əldə edə bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 gün sonra
-
- 13 d. əvvəl
-
29 d. əvvəl
“Azərmaş Group” MMC-nin satış gəlirləri 28% artıb, mənfəəti azalıb
- 41 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
BOKT yaxın günlərdə Naxçıvanda filialını açacaq
Rəsmi məzənnələr açıqlandı
Tam yeni Dərnəgül dayanacağı istifadəyə verildi
Demet Akalın Bakıda- "Abşeron Mall"da
Ən çox oxunanlar
“Alp Delux” şadlıq evi: "AQTA-nın heç bir işçisi bura gəlməyib, amma haqqımızda qara yalanı yayırlar"
Tramp: İran normal ölkə deyil, bu dövləti dəlilər idarə edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 5 GÜN
ABŞ İranı yenidən vurdu
"PRİOR LEASING"in istiqrazlarına 56 investor 56 sifariş təqdim edib







.jpg)








.jpg)





