Neftin qiyməti yenidən 100 dolları keçdi
Cümə axşamı Asiya ticarət sessiyasında neft qiymətləri kəskin artaraq yenidən 100 dollar/barel səviyyəsinin üzərinə qalxıb. Buna səbəb ABŞ-İsrail ilə İran arasında müharibənin enerji bazarında yaratdığı mümkün təchizat pozuntularına dair narahatlıqların artmasıdır.Neft, Omanın neft terminalini boşaltması və İraq sularında tankerlərə hücumlardan sonra yenidən bahalaşıb. Hörmüz boğazının faktiki olaraq bağlanması fonunda Brent markalı neftin qiyməti 100 dolların üzərinə çıxıb, Beynəlxalq Enerji Agentliyinin (IEA) rekord həcmdə ehtiyatları bazara buraxması isə qiymətləri aşağı salmağa kifayət etməyib.
Marja.az xəbər verir ki, neft, Omanın əsas neft ixrac terminallarından birində bütün gəmilərin təxliyə edilməsi və İraq sularında iki neft tankerinə hücum təşkil olunmasından sonra bir barel üçün 100 dolları keçib.
Bu hadisələr Yaxın Şərqdə enerji infrastrukturuna yönəlmiş daha geniş risklərin olduğunu göstərir və Beynəlxalq Enerji Agentliyinin (IEA) rekord həcmdə strateji ehtiyatları bazara buraxmaq qərarını kölgədə qoyub.
Brent neftinin qiyməti 10,5%-ə qədər artaraq bir barel üçün 101,59 dollar səviyyəsinə yüksəlib. ABŞ xam nefti (WTI) isə 96 dollar səviyyəsinə yaxınlaşıb. Məlumata yaxın mənbələrin bildirdiyinə görə, Oman ehtiyat tədbiri olaraq "Mina Al Fahal" terminalında bütün gəmiləri təxliyə edib. Bu terminal Hörmüz boğazının kənarında yerləşir və Yaxın Şərq neftinin qlobal bazarlara göndərilə bildiyi azsaylı limanlardan biri kimi tanınır.
Bakı vaxtı ilə saat 08:52-də Brent markalı neft 9,20% bahalaşma ilə 100,44 dollara, WTI (West Texas Intermediate) xam nefti isə 8% bahalaşma ilə 94,23 dollara ticarət olunub.
İraq da tanker hücumlarından sonra neft terminallarında əməliyyatları dayandırıb. Hörmüz boğazının demək olar ki, bağlanması fonunda İraq hasilatı azaltmağa başlayan ilk Fars körfəzi istehsalçılarından biri olub. Daha sonra Küveyt və Səudiyyə Ərəbistanı da eyni addımı atıb.
Bu kəsintilər Beynəlxalq Enerji Agentliyini koordinasiyalı şəkildə 400 milyon barel neft ehtiyatını bazara çıxarmağa məcbur edib. Bu həcm 2022-ci ildə Rusiyanın Ukraynanı işğalından sonra bazara çıxarılan neftdən daha yüksəkdir və tarixi rekord səviyyə hesab olunur.
ABŞ isə qlobal qiymətləri aşağı salmaq məqsədilə 172 milyon barel nefti bazara buraxmağı planlaşdırdığını açıqlayıb.
Hazırda qlobal neft istehlakı gündə 100 milyon bareldən bir qədər çoxdur, lakin Körfəz ölkələri indiyədək bunun təxminən 6%-nə bərabər olan hasilatı azaltmaq məcburiyyətində qalıb. Bildirilir ki, Yaxın Şərqdə istehsal kəsintiləri daha da arta bilər.
XXX
Media məlumatlarına görə, İraq və Küveyt yaxınlığında, Fars körfəzinin şimal hissəsində iki beynəlxalq neft tankeri hücuma məruz qalıb. Sosial mediada yayılan görüntülərdə tankerlərin alov içində olduğu görünür. İraq kanalları hücumun İran tərəfindən həyata keçirildiyini iddia edib.
Bundan əlavə, Bloomberg xəbər verib ki, Oman bölgədə gəmilərə qarşı hücumların artması fonunda ehtiyat tədbiri olaraq Mina Al Fahal əsas neft ixrac terminalından bütün gəmiləri təxliyə edib.
Bu hadisələr göstərir ki, İran münaqişəsi artıq təkcə Hörmüz boğazı ilə məhdudlaşmır. Cümə axşamı müharibə artıq 13-cü gününə daxil olub.
Neft tankerlərinə hücumlar və limanların bağlanması təchizatın pozulması ilə bağlı narahatlıqları artırıb, xüsusilə də İranın Hörmüz boğazından heç bir xam neftin keçməyəcəyi barədə xəbərdarlığından sonra. Bu boğaz qlobal neft tədarükünün təxminən 20%-nin daşındığı əsas marşrut hesab olunur.
Məlumata görə, İran bu həftənin əvvəlində həmin keçidi faktiki olaraq bloklamağa başlayıb.
Buna baxmayaraq, bir sıra ölkələrin mümkün təchizat şokunu azaltmaq üçün addım atması nəticəsində neft qiymətləri həftəlik maksimum səviyyələrindən bir qədər geri qalıb. Məlumatlara əsasən, Beynəlxalq Enerji Agentliyi bu həftə strateji ehtiyatlardan rekord həcmdə — 400 milyon barel nefti bazara buraxmağa hazırlaşır.
ABŞ prezidenti Donald Tramp da çərşənbə günü bildirib ki, İran müharibəsinin enerji bazarına təsirini azaltmaq üçün ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft buraxılacaq.
Bununla belə, ABŞ rəsmilərinin müharibənin tezliklə başa çata biləcəyi barədə açıqlamalarına baxmayaraq, İran münaqişəsində gərginliyin azalmasına dair ciddi əlamətlər görünmür.
Xatırladaq ki, həftənin əvvəlində neft qiymətləri qısa müddətə təxminən 120 dollar/barel səviyyəsinə qədər yüksəlmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
11 d. əvvəl
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
-
-
24 d. əvvəl
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
1 saat əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
1 saat əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
2 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 2 saat əvvəl
-
2 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
2 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb







.jpg)





.jpg)










