"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
"Carlsberg Azerbaijan" şirkəti 2025-ci il ərzində ölkə iqtisadiyyatına verdiyi töhfəni daha da artırıb.
Şirkətdən Marja-ya verilən məlumata görə, Şirkət ötən il dövlət büdcəsinə ümumilikdə 38,7 milyon manatdan artıq vergi və rüsüm ödənişi həyata keçirib.
Bir sıra xarici və bazar amillərinin təsirinə baxmayaraq, Şirkət 2025-ci ildə müsbət inkişaf dinamikası nümayiş etdirmiş və satış həcmlərini 2024-cü illə müqayisədə 2,4% artıb.
Müasir ticarət kanalında (pərakəndə satış şəbəkələri) satışlar bazarda mövqelərin gücləndirilməsi, kommersiya proseslərinin standartlaşdırılması və milli pərakəndə satış şəbəkələri ilə tərəfdaşlıq təşəbbüslərinin inkişafı nəticəsində 11,1% artıb. HоReCa kanalında (otel, restoran və kafelər) satış həcmləri premium brendlər portfelinin genişləndirilməsi, satış fəaliyyətinin intensivləşdirilməsi və "Xırdalan" brendinin bazar mövqeyinin gücləndirilməsi hesabına 4,6% artıb. DIOT kanalında (pərakəndə satış məntəqələrində çəllək pivəsi) satışlar aktiv müştəri bazasının genişlənməsi nəticəsində 2024-cü illə müqayisədə 45,2% artıb. Eyni zamanda, ənənəvi ticarət kanalında (kiçik pərakəndə satış məntəqələri) satış həcmləri ötən illə müqayisədə 7,2% azalıb ki, bu da istehlakçı davranışının daha müasir satış formatlarına yönəlməsi və bazarda struktur dəyişiklikləri ilə əlaqələndirilir.
2025-ci ildə Carlsberg Azerbaijan məhsullarının Gürcüstana ixrac həcmi isə yüksək artım tempi nümayiş etdirib və 2024-cü illə müqayisədə 70% artıb.

Brend portfeli davamlı inkişafdadır və uğurlu tərəfdaşlıqlar davam edir
2025-ci ildə Carlsberg Azerbaijan brend portfelinin davamlı inkişafını təmin etməklə bazardakı mövqeyini möhkəmləndirib, hər bir brend öz seqmentində artımın mühüm hərəkətverici qüvvəsi olub.
Aparıcı brend olan "Xırdalan"ın 2024-cü il ilə müqayisədə satış həcmlərində 10% artım qeydə alınıb, bazardakı lider mövqeyini bir daha təsdiqləyib.
"Xırdalan Premium Draft" məhsulu 2025-ci ildə Brüsseldə Beynəlxalq Dad İnstitutu tərəfindən təqdim olunan "Superior Taste Award" beynəlxalq mükafatını qazanması və ilin sonunda məhdud buraxılış olan "Xırdalan Winter Edition" seriyası premium seqmentin güclənməsini təmin edib. "Xırdalan 0.0" öz əhatə dairəsini Bakı İnvestisiya Günü, Bakı Marafonu, Azərbaycan Media Liqası ilə həyata keçirilən və AFFA ilə davam edən strateji tərəfdaşlıqlar vasitəsilə genişləndirib.
"Carlsberg" premium brendi, CineMastercard kinoteatrlarında (Dəniz Mall və Gənclik Mall) təqdim etdiyi Carlsberg zalları və digər genişmiqyaslı brend aktivasiya tədbirləri sayəsində satış həcmini 22,2% artırıb.
"Blanc 1664" brendi isə 2025-ci il ərzində satış həcmlərini 2024-cü illə müqaisədə 15,2% artırıb. Bu nəticə bir sıra məqsədyönlü kommunikasiya və brend imicini möhkəmləndirən tədbirlərlə dəstəklənib: bunlara "Stock In Stock Out" ilə birgə eksklüziv kapsul kolleksiyasının təqdimatı, Bakı Moda Həftəsi və Piano Festivalının rəsmi sponsoru kimi iştirak daxildir.
"Tuborg" yenidən beynəlxalq "DREAM FEST" layihəsinin rəsmi tərəfdaşı olub, böyük ulduzların iştirakı ilə keçirilən tədbirlərdə fərqlənib və 2024-cü illə müqayisədə 16,8% artım nümayiş etdirib.

Carlsberg Azerbaijan Grimbergen abbatlığında yaranmış, pivəbişirmə sahəsində 900 ildən çox tarixə malik premium brend olan Belçika pivəsi "Grimbergen"i "Blonde" və "Blanche" olmaqla iki çeşiddə Azərbaycan bazarına təqdim edib.
"Carlsberg Azerbaijan komandasına yenicə qoşulmağıma baxmayaraq əminliklə deyə bilərəm ki, Şirkət 2025-ci ili güclü biznes göstəriciləri və əhəmiyyətli strateji nailiyyətlərlə tamamlayıb.
İlin əsas hadisəsi tərəfdaşlarımızla birgə İmişlidə “Promalt” pivəlik arpa emalı zavodunun açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasimində iştirak etmək bizim üçün böyük şərəf idi.
Növbəti illərdə mənim əsas fokusum əldə edilmiş nəticələrdən irəli gələrək biznesin davamlı inkişafını təmin etmək, keyfiyyət, innovasiya və lokallaşdırmaya əlavə investisiyalar yatırmaq, həmçinin dövlət və sənaye tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirərək həm Şirkətin, həm də ölkə iqtisadiyyatının dayanıqlı böyüməsini dəstəkləmək olacaq,” – Krasimir Lazarov, Carlsberg Azerbaijan-ın Baş direktoru qeyd edib.

Dayanıqlı inkişaf üçün "Birlikdə SIFIRA doğru və daha İrəli"
Carlsberg Group-un "Birlikdə SIFIRA doğru və daha İrəli" qlobal dayanıqlılıq strategiyasının bir hissəsi olaraq, Şirkət ekoloji cəhətdən dayanıqlı texnologiyaların tətbiqinə istiqamətlənmiş təşəbbüslər, resursların səmərəli istifadəsi və yerli icmaların inkişafının dəstəklənməsi üzrə təşəbbüsləri davamlı şəkildə icra edir.
Son beş il ərzində (2021–2025) Carlsberg Azerbaijan su istehlakını 9%, istilik istehlakını 11% və CO₂ emissiyasını 9% azaldıb.
Bundan əlavə, 2025-ci il ərzində Şirkət "Xəzəri Qoruyaq!" ekoloji layihəsini fəal şəkildə dəstəkləyərək, Lənkəran, Astara, Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Sumqayıt və Bakı sahillərində təmizlik tədbirləri təşkil edib. Təşəbbüs çərçivəsində 23 hektardan çox ərazidə 5 tondan artıq tullantı toplanıb və təkrar emal edilib.
Xatırladaq ki, "Carlsberg Azerbaijan"ın pivə zavodu Bakı şəhərindən 10 kilometr məsafədə, Xırdalanda yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər işçi çalışır və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış, otel biznesi) 3000-dən çox iş yeri təmin edilir. Zavodun inkişafına qoyulan investisiyaların ümumi həcmi 82 milyon manata yaxındır. Şirkətin portfelinə "Xırdalan", "Carlsberg", "Tuborg", "Blanc 1664", "Grimbergen" və "Əfsanə" kimi brendlər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
17 d. əvvəl
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
-
-
21 d. əvvəl
Xəz dəri məmulatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
-
31 d. əvvəl
Əhaliyə və biznesə kredit verən "Finca Azərbaycan" özü illik 15%-lə 4 milyon manat borc aldı
- 35 d. əvvəl
-
47 d. əvvəl
Yeni artımla orta aylıq pensiya 593, yaşa görə orta aylıq pensiya 632 manata çatıb
- 50 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
1 saat əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
1 saat əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
1 saat əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın pivə şirkətinin Gürcüstana ixracında böyük artım
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
Ən çox oxunanlar
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
























