Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Meta-nın qurucusu Mark Zukerberq, elektron ticarət nəhəngi Amazon-un qazanc proqnozlarını doğrulda bilməməsi səbəbindən şirkət səhmlərinin düşməsi nəticəsində Ceff Bezosu keçərək dünyanın ən zəngin 4-cü şəxsi olub.

Marja xəbər verir ki, Amazon şirkətinin səhmləri cümə günü birja əməliyyatlarının açılmasından qısa müddət sonra 9,3 faiz ucuzlaşaraq təxminən 202 dollar səviyyəsinə enib.

Amazon cümə axşamı gəlirlərinin proqnozlardan yüksək olaraq 213,4 milyard dollara çatdığını açıqlasa da, son rübdə hər səhm üzrə 1,95 dollar qazanc (xalis mənfəət) əldə etdiyini bildirib. Amazon-un baş direktoru Endi Cessi 2026-cı il üçün 200 milyard dollarlıq kapital xərcləri proqnozlaşdırdıqlarını deyib.

Bu rəqəm, Uoll-Stritin Amazon-un illik xərcləri ilə bağlı təxminən 146,6 milyard dollarlıq proqnozundan 36 faiz yüksək olduğu üçün bəzi iqtisadçıları narahat edib.

Bezosun xalis sərvəti cümə səhəri etibarilə 16 milyard dollar azalaraq 218,9 milyard dollara düşüb və Zukerberqin 226,6 milyard dollarlıq sərvəti ilə onu geridə qoyması nəticəsində o (Bezos), dünyanın ən varlı beşinci şəxsi olub. Tesla-nın baş direktoru İlon Mask 839,4 milyard dollarlıq xalis sərvəti ilə dünyanın ən zəngin şəxsi olaraq qalır. Onun ardınca Google-un qurucuları Larri Peyc )267,3 milyard dollar) və Sergey Brin )246,6 milyard) gəlirlər.

Zukerberq və Bezos son aylarda dünyanın ən zənginləri siyahısında bir neçə dəfə yerlərini dəyişiblər. Keçən həftə Meta-nın iqtisadçıların proqnozlarını üstələyən maliyyə hesabatından sonra şirkət səhmlərinin bahalaşması nəticəsində Zukerberqin xalis sərvəti Bezosu keçmişdi.

Top 10-luq siyahının digər üzvləri arasında da sıralama dəyişiklikləri baş verib. Bunlar arasında sentyabr ayında 400 milyard dollarlıq sərvətlə ikinci sırada yer alan Oracle şirkətinin sədri Larri Ellison da var. Ellison hazırda 182,9 milyard dollar sərvətlə 6-cı yerdə qərarlaşıb.

09.02.2026 09:04

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18