Qazaxıstanın aviadaşıyıcısı Bakı – Aktau – Bakı üzrə birbaşa reyslərə aviabiletlərin satışına başlayıb
Qazaxıstanın loukoster aviadaşıyıcısı FlyArystan 2026-cı ilin yay naviqasiya mövsümü dövrü üçün Bakı – Aktau – Bakı marşrutu üzrə birbaşa reyslərə aviabiletlərin satışına başladığını elan edib.
Maja.az şikətə istinadən xəbə veir ki, uçuşlar 1 aprel – 23 oktyabr 2026-cı il tarixləri arasında həftədə iki dəfə — çərşənbə və cümə günləri həyata keçiriləcək. Bakıdan uçuşlar səhər və günorta saatlarında planlaşdırılıb ki, bu da sərnişinlərə səfərləri rahat planlaşdırmaq imkanı yaradır.
Çərşənbə günləri reys Bakıdan saat 08:45-də yola düşür və yerli vaxtla saat 10:45-də Aktauya çatır. Cümə günləri isə Bakıdan uçuş saat 16:10-da həyata keçirilir və Aktauya saat 18:10-da eniş edir.
Aktau Qərbi Qazaxıstanın əsas şəhərlərindən biridir və Xəzər dənizi sahilində yerləşir. Bu istiqamət həm turistik səfərlər, həm də işgüzar ziyarətlər üçün əlverişlidir, həmçinin sərnişinlərə Aktau şəhərindən FlyArystan-ın daxili reysləri vasitəsilə Qazaxıstanın digər şəhərlərinə səyahəti davam etdirmək imkanı yaradır.
Bakı – Aktau – Bakı reyslərinə, eləcə də digər beynəlxalq və daxili istiqamətlərə aviabiletləri aviaşirkətin rəsmi saytında, FlyArystan mobil tətbiqində və digər satış kanalları vasitəsilə bron etmək mümkündür.
FlyArystan Qazaxıstanın loukoster aviadaşıyıcısıdır və Air Astana şirkətlər qrupunun 100% törəmə şirkətidir. Fəaliyyətinə 2019-cu ilin may ayında başlayıb. Aviadaşıyıcı geniş marşrut şəbəkəsi üzrə uçuşlar həyata keçirir və Almatı, Astana və Aktau bazalarında yerləşən müasir Airbus A320 tipli təyyarələrdən ibarət avioparka malikdir. FlyArystan-ın marşrut şəbəkəsinə daxili və beynəlxalq reyslər, eləcə də çarter istiqamətləri daxildir. FlyArystan 2023, 2024 və 2025-ci illərdə Skytrax World Airline Awards mükafatlarında Mərkəzi Asiya və MDB regionunun ən yaxşı büdcə aviadaşıyıcısı seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
17 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI





















