Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
Norveç Dövlət Pensiya Fondu (Government Pension Fund Global, GPFG) etalon göstəricisinə çatmasa da, 15,1% gəlirlilik nümayiş etdirib. Ümumi mənzərədə texnologiya, maliyyə və xammal şirkətlərinin səhmləri fərqlənib."Norges Bank Investment Management (aktivlərinin həcmi 2,2 trilyon dollar) əsasən texnologiya və maliyyə şirkətlərinin səhmlərinin bahalaşması hesabına son iki ilin ən yaxşı nəticəsini göstərib.
Qeyd edək ki, Norges Bank Investment Management (NBIM) — Norveç Mərkəzi Bankının (Norges Bank) investisiya idarəetmə qoludur və dünyanın ən böyük suveren sərvət fondu olan Government Pension Fund Global-ı (GPFG) idarə edir.
"Norges Bank Investment Management"in (NBIM) məlumatlarına görə, ötən il investisiyaların dəyəri 15,1% artıb. Buna səhmlərin 19,3% bahalaşması, eləcə də digər aktiv siniflərindəki artım töhfə verib. Bununla belə, ötən il NBIM özünü qiymətləndirdiyi hədəf göstəriciyə çata bilməyərək 28 baza bəndi geri qalıb. Bloomberg qeyd edir ki, bu göstərici ardıcıl üçüncü ildir azalır.
Müqayisə üçün: 2024-cü ildə Norveç pensiya fondunun gəlirliliyi 13,1%, 2023-cü ildə isə 16,1% olub.
“2025-ci ildə fond çox yüksək nəticələr göstərdi. Texnologiya, maliyyə və xammal sahəsindəki səhmlər ümumi fonda nisbətən fərqlənərək ümumi gəlirliliyə mühüm töhfə verdi”, — deyə Norges Bank Investment Management-in baş icraçı direktoru Nikolay Tangen bildirib.
Bloomberg yazır ki, NBIM investisiyalarının beşdə biri texnologiya şirkətlərinin səhmlərinə, 12%-i isə maliyyə sektoruna yönəlib. İlin ikinci yarısında fond ABŞ-ın ən iri texnologiya şirkətlərindəki paylarını, o cümlədən ən böyük mövqeyi olan NVIDIA-dakı payını azaldıb. NVIDIA-nın payı 1,32%-dən 1,26%-ya, Apple-ın 1,25%-dən 1,23%-ə, Microsoft-un 1,35%-dən 1,26%-ya, Alphabet-in isə 1,22%-dən 1,15%-ə düşüb.
Bundan əlavə, Norveç fondu 1 mindən çox şirkətin səhmlərini portfelindən çıxarıb. Xüsusilə, fond Moldova, İslandiya, Xorvatiya və Estoniyanın fond bazarlarından çıxıb, əvəzində İordaniya və Panamanı əlavə edib.
Nəticədə, hazırda fondun vəsaitlərinin əsas hissəsi təxminən 7 200 şirkətin səhmlərinə yatırılıb. Fond dünya birjalarında ticarət olunan bütün səhmlərin təxminən 1,5%-nə sahibdir ki, bu da onu dünyanın ən böyük suveren rifah fondu edir.
2025-ci ildə fondun dəyəri 1,5 trilyon kron (160 milyard dollar) artaraq 21,3 trilyon krona (2,2 trilyon dollara) çatıb. İl ərzində kronun bir sıra əsas valyutalara nisbətən möhkəmlənməsi nəticəsində dəyərdə 1,16 trilyon kron azalma baş verib. İdarəetmə xərcləri çıxıldıqdan sonra vəsait axını 319 milyard kron təşkil edib.
Ötən il fond vəsaitlərinin 71,3%-i səhmlərə, 26,5%-i sabit gəlirli qiymətli kağızlara, 1,7%-i reyestrə daxil edilməyən daşınmaz əmlaka, 0,4%-i isə bərpa olunan enerji mənbələri üzrə infrastruktura yatırılıb. İstiqrazlar üzrə ən böyük aktivlər ABŞ Xəzinə istiqrazları, Yaponiya və Almaniya dövlət istiqrazları olub. Bütün aktiv sinifləri üzrə fondun investisiyalarının təxminən 53%-i ABŞ-ın payına düşür.
Həftənin əvvəlində Norveç hökuməti yanında fəaliyyət göstərən məsləhətçi qrup fonda ABŞ-la bağlı artan geosiyasi risklər fonunda hazırlıq səviyyəsini yüksəltməyin zəruri olduğu barədə xəbərdarlıq edib.
Məsləhətçilər bildiriblər ki, rüsumlar, maliyyə sanksiyaları və ticarət məhdudiyyətləri kimi alətlər getdikcə daha çox geosiyasi məqsədlərə nail olmaq üçün istifadə olunur. Fond ötən il Caterpillar şirkətindəki payını satıb.
“Fondun xaricdəki investisiyalarının məruz qaldığı siyasi risk artır”, — deyə onlar xəbərdarlıq ediblər. “Nəticə etibarilə, fond daha yüksək vergitutma, tənzimləyici müdaxilə və hətta müsadirə ilə üzləşə bilər”, — deyə ekspertlər əlavə ediblər.
Hesabatda, ABŞ-ın, Qrenlandiya üzərində nəzarət qurmaq istəyinə qarşı çıxanlara tətbiq edilə bilinəcək rüsumlar da xatırladılıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
4 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 7 saat əvvəl
-
7 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 7 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır


















