Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər

Qlobal miqyasda aparıcı investisiya bankçılığı və maliyyə məsləhət xidmətləri şirkəti RBC bildirir ki, 2025-ci ildə qızılın qiymətində təxminən 65 faizlik artım 2026-cı ildə də təkrarlanarsa, qiymət ilin sonuna qədər 7 min 100 dollara qədər yüksələ bilər.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qızılın qiyməti barədə iddialı proqnoz:  7 min 100 dollara qədər yüksələ bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qızılın unsiyası 5 min 300 dollar səviyyəsini aşaraq yeni rekord həddə çatdığı bir vaxtda, qlobal miqyasda aparıcı investisiya bankçılığı və maliyyə məsləhət xidmətləri şirkəti olan "RBC Capital Markets"in son təhlilinə görə, qiymətli metalın qiymətindəki  yüksəliş zəifləmə əlaməti göstərməyəcək.

Marja xəbər verir ki, RBC daha əvvəl yüksək ssenarisində qızılın 2026-cı ilin dördüncü rübündə 5 min 200 dollar səviyyəsinə çatacağını gözlədiyini, lakin qeyri-müəyyənliklərin sürətlənməsi və dolların geniş miqyasda zəifləməsinin bu prosesi (qiymətin reallaması vaxtını) önə çəkdiyini qeyd edib. Bankın fikrincə, yüksəlişin tempi gözləntiləri üstələyib.

2026-cı ilin yanvar ayında qızıl artıq 8 dəfə bütün zamanların ən yüksək səviyyəsini görüb; bu göstərici 2025-ci ilin bütün dövrü ərzində 51 idi.

Qızılın bahalaşmasının davam edəcəyi gözlənilir

Təhlildə ticarət gərginlikləri, siyasi və geosiyasi qeyri-sabitlik, eləcə də FED-in müstəqilliyi ilə bağlı narahatlıqların qızıl üçün güclü makro zəmin yaratdığı vurğulanıb. Mərkəzi banklar və investorlar tərəfindən tələbin azalmadığı, ETP aktivlərinin isə qiymətlərlə paralel şəkildə artdığı qeyd edilib.

Təhlildə qeyd edilib ki, keçmiş böyük "rallilər ilə" müqayisədə mövcud qiymət yüksəlişin müddətinin normal olduğu, tarixi orta göstəricilərə əsasən artımın sentyabr və ya dekabr ayına qədər davam edə biləcəyi vurğulanıb.

RBC qeyd edir ki, 2026-cı ildə qızıl, 2025-ci ildəki təxminən 65 faizlik artımı təkrarlayarsa, qiymət ilin sonunda 7 min 100 dollara qədər yüksələ bilər.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 23:20-də qızıl 2,2% bahalaşma ilə 5325,97 dollara ticarət olunub. 

qızıl qiyməti rekord qızılın unsiyası 5200 dollar qızıl yeni tarixi maksimum RBC Capital Markets təhlili qızıl proqnozu 2026 qızıl yüksəlişi davam edir dolların zəifləməsi qlobal qeyri-müəyyənliklər geosiyasi risklər ticarət gərginlikləri FED-in müstəqilliyi narahatlıqları təhlükəsiz liman aktivləri mərkəzi bankların qızıl tələbi investor tələbi qızıl ETP aktivləri qızıl rallisi tarixi müqayisə qızıl qiymət artım tempi 2026 qızıl proqnozu 7100 dollar qızıl üzrə yuxarı yönlü risklər qlobal maliyyə bazarları qiymətli metallar bazarı
28.01.2026 23:26

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18