Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Neft Fondu: Qlobal maliyyə bazarlarındakı tendensiyalar bizə müsbət təsir edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft Fondu: Qlobal maliyyə bazarlarındakı tendensiyalar bizə müsbət təsir edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) maliyyə bazarlarının cari vəziyyəti və portfelə təsirini açıqlayıb.

Fondun yaydığı açıqlamada bildirilir ki, 2025-ci il ərzində maliyyə bazarlarındakı tendensiyalar ARDNF-nin aktivlərinə müsbət təsir göstərmişdir.

Reklam_3_11

ABŞ-də əmək bazarının nisbətən zəifləməsi və tariflərin tətbiqindən gözlənilən inflyasiyanın reallaşmaması səbəbindən, Avrozonada yumşaldıcı monetar siyasətin davam etməsi fonunda, Birləşmiş Krallıqda isə əsasən əmək bazarının zəifləməsi nəticəsində mərkəzi banklar uçot faiz dərəcələrini endirmişdir ki, bu da öz növbəsində istiqrazların gəlirliliyinə müsbət töhfə vermişdir. Bununla yanaşı, istiqrazlarda hələ də müşahidə olunan yüksək faiz dərəcələri ARDNF-nin borc öhdəlikləri altportfelinin əsas gəlirlilik komponenti olmuşdur.

ARDNF-nin səhm investisiyaları da il ərzində müsbət gəlirlilik göstərmişdir. Şirkətlərin maliyyə göstəricilərinin ümumən dayanıqlı olması, texnologiya sahəsində, o cümlədən süni intellekt sahəsində əldə edilən irəliləyişlər, həmçinin qabaqcıl mərkəzi bankların faiz dərəcələrini endirməsi bazarlarda müsbət dinamikanı şərtləndirmişdir.

Ötən ildə daşınmaz əmlak və infrastruktur investisiyalarının gəlirliliyi sektorlardan asılı olaraq fərqli nəticələr nümayiş etdirmişdir. Ofis sektorunda müşahidə edilən təzyiqlərin davam etməsinə baxmayaraq, logistika, yaşayış tipli daşınmaz əmlaklar və infrastruktur aktivlərinə tələbin yüksək olması sözügedən sektorlarda dayanıqlı gəlirliliyi təmin etmişdir. Nəticədə, ARDNF-nin daşınmaz əmlak altportfeli 2025-ci ildə müsbət gəlirlilik əldə etmişdir.

Mərkəzi bankların alışları, mövcud qeyri-müəyyənliklər və geosiyasi risklər fonunda qızıl qiymətləri il ərzində kifayət qədər artım göstərərək tarixi maksimum səviyyələrə çatmışdır. Bununla da, ARDNF-nin qızıl altportfeli üzrə əhəmiyyətli büdcədənkənar gəlirlər formalaşmışdır.

İş elanları AzVak.az-da

ARDNF maliyyə bazarları ARDNF portfel ARDNF investisiya portfeli ARDNF bazar təhlili ARDNF 2025 maliyyə bazarı ABŞ əmək bazarı ABŞ inflyasiya Avrozonada monetar siyasət faiz dərəcələrinin endirilməsi Birləşmiş Krallıq faiz endirimi istiqrazların gəlirliliyi borc öhdəlikləri portfeli ARDNF istiqraz investisiyaları yüksək faiz dərəcələri səhm investisiyaları süni intellekt investisiyaları mərkəzi banklar maliyyə bazarlarında dinamika daşınmaz əmlak investisiyaları infrastruktur investisiyaları ofis sektoru təzyiqləri logistika daşınmaz əmlak yaşayış tipli daşınmaz əmlak ARDNF daşınmaz əmlak portfeli qızıl qiymətləri qızıl altportfel qızıl qiyməti rekord geosiyasi risklər büdcədənkənar gəlirlər suveren fondu Dövlət Neft Fondu investisiyaları Azərbaycan suveren fondu Azərbaycan maliyyə xəbərləri qlobal maliyyə bazarları diversifikasiya
27.01.2026 12:03

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18