“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
Məşhur investor Mark Mobius-a görə, Çin, Hindistan, Koreya və Tayvan qlobal investorlar üçün regionun ən cəlbedici fond bazarlarıdır, qızıl isə kəskin bahalaşmasından sonra indiki səviyyələrdə daha az cazibədar görünür."Mobius Emerging Opportunities Fund"un Baş icraçı direktoru Mark Mobius Bloomberg TV-yə verdiyi müsahibədə Çin fond bazarındakı yüksəlişin Çinin texnologiya sektorundakı addımları sayəsində davamlı göründüyünü söyləyib.
Marja.az xəbər verir ki, Mobius qızıl barədə “Bu səviyyələrdə (qiymətlərə - red) qızıl almaram” deyib və əlavə edib: “Bəlkə indiki səviyyəsindən təxminən 20 faiz aşağı səviyyədə ala bilərəm, amma bu mərhələdə qızılın ardınca getmərəm”.
Mobius Çin fond bazarının investorlar üçün ölkənin texnologiya sektorunda etdiklərinin çox həyəcanverici olacağını vurğulayıb və qeyd edib ki, Çinin indiki hədəfi yüksək səviyyəli çiplərdə və hər cür süni intellektdə ABŞ-ı texnologiya baxımından geridə qoymaqdır: “Buna görə də pul bu istiqamətə gedir, istehlakçılara yox”.
Məşhur investor sözlərinə portfelinin təxminən 20 faizini nağd pul kimi saxladığını da əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
13 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















