SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
SpaceX, yeni nəsil daha 7 min 500 Starlink peykini orbitə çıxarmaq üçün ABŞ Federal Rabitə Komissiyasından (FCC) təsdiq alıb. Bununla da SpaceX-in dünya üzrə ümumi peyk sayı 15 minə çatacaq.Amerika peyk şirkəti SpaceX, yeni nəsil daha 7 min 500 Starlink peykini buraxmaq üçün ABŞ Federal Rabitə Komissiyasından (FCC) təsdiq alıb.
Marja.az xəbər verir ki, SpaceX ikinci nəsil Starlink peyklərindən daha 7 min 500 ədədini buraxmaq icazəsi alaraq dünya üzrə ümumilikdə 15 min peykə sahib olacaq.
FCC bildirib ki, bu qərar təkcə SpaceX-ə daha çox peyk buraxmağa və yüksək sürətli internet əhatə dairəsini genişləndirməyə imkan vermir, eyni zamanda Starlink peyklərinin beş tezlik diapazonunda işləyə bilməsi və ABŞ-dan kənarda birbaşa mobil telefon bağlantısı təmin etməsi deməkdir.
FCC tərəfindən yayımlanan açıqlamada qeyd olunub ki, bu genişlənmə SpaceX-in dünya üzrə yüksək sürətli və aşağı gecikməli internet xidmətləri göstərməsini mümkün edəcək.
ABŞ Federal Rabitə Komissiyası bildirir ki, SpaceX təsdiqlənmiş Starlink peyklərinin 50 faizini 1 dekabr 2028-ci ilədək, qalan 50 faizini isə 2031-ci ilin dekabrına qədər orbitə çıxarmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















