Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
Qızıl, FED-ə qarşı mümkün cinayət təhqiqatı təhdidi və İranda şiddətlənən etirazların təsiri ilə rekord həddə yüksəlib. Gümüş isə oxşar amillərin təsiri ilə təxminən 4 faiz bahalaşaraq rekord səviyyəsinə çatıb.Beynəlxalq bazarlarda qızıl, ABŞ Ədliyyə Nazirliyinin Federal Ehtiyat Sistemini (FED) cinayət təhqiqatı ilə hədələməsinin qurumun müstəqilliyinə dair narahatlıqları artırması və İranda şiddətlənən etirazların təsiri ilə rekord səviyyəyə yüksəlib.
Marja xəbər verir ki, külçə qızıl (1 unsiya) bazar ertəsi günü 4600 dollara yaxınlaşıb (4599,87 dolları görüb), gümüş də bütün dövrlərin ən yüksək səviyyəsinə yaxın ticarət olunub.
ABŞ qızıl fyuçersələri isə 4612.40 dolları test edib.
FED sədri Cerom Pauell bildirib ki, mümkün ittiham aktı administrasiyanın mərkəzi bankın faiz qərarlarına təsir göstərmək üçün göstərdiyi təzyiqlər kontekstində qiymətləndirilməlidir. Tramp administrasiyasının daha əvvəl FED-ə yönəlik sərt tənqidləri dollar üzərində etimadı zəiflədən əsas amillər sırasında yer almışdı.
İranda artan və insan tələfatına səbəb olan etirazlar ölkənin siyasi gələcəyinə dair qeyri-müəyyənliyi artıraraq qiymətli metallara təhlükəsiz liman tələbatını gücləndirib. ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün variantların nəzərdən keçirildiyini açıqlayarkən, NATO-nun rolunu sorğulayan açıqlamaları və Qrenlandiya ilə bağlı çıxışları da bazarlarda diqqətlə izlənib.
Analitiklər bildirirlər ki, geosiyasi risklərin güclənməsi və faiz müzakirələri riski daha da artırıb.
Qızıl, enən faiz dərəcələri, artan geosiyasi gərginliklər və ABŞ dollarına olan etimadın azalması ilə dəstəklənən güclü bir ili geridə qoyarkən, bir çox fond meneceri uzunmüddətli perspektivdə mövqelərini qorumağa üstünlük verir.
Gümüş isə oxşar amillərin təsiri ilə təxminən 4 faiz bahalaşaıb. Fitch Solutions-a bağlı BMI bildirib ki, gümüş bazarında təklif çatışmazlığı 2026-cı il boyunca davam edə bilər; artan investisiya və sənaye tələbi fiziki gümüş bazarında qiymətlərə təkan verir.
Bakı vaxtı ilə saat 08:20-yə olan məlumata görə, 1 unsiya qızıl 1,3 faiz bahalaşma ilə 4568 dollara ticarət olunub, Bloomberg Dollar Spot İndeksi isə 0,2 faiz geriləyib. Palladium və platin qiymətləri də təxminən 3 faiz artım qeydə alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















