Misin qiyməti tarixi ən yüksək səviyyədə
Bu il misin qiyməti 35% artıb.Qlobal bazarlarda mis qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) gözlənilən faiz endirimini həyata keçirməsi və ölkə iqtisadiyyatına dair iqtisadi artım proqnozunu yuxarı yönlü revizə etməsindən sonra yeni rekord səviyyəyə çatıb.
Marja xəbər verir ki, Fed gələn il üçün iqtisadi artım proqnozunu 1,8%-dən 2,3%-ə qaldırıb, inflyasiyanın isə 2,4%-ə qədər azalmasını proqnozlaşdırır. Daha aşağı faizlərin metal və əmtəə bazarına dəstək verməsi ilə London Metal Birjasında 1 ton misin qiyməti 11 min 906 dollar səviyyəsinə qədər yüksəlib.
Bu il təxminən 35% artan mis qiymətləri, son dövrdə baş verən istehsalın azalması və ABŞ xaricində potensial təklif çatışmazlığına dair narahatlıqlarla dəstəklənir.
Gələn il tətbiq oluna biləcək tariflərdən əvvəl ABŞ-a göndərişləri artırması da bazarda təzyiq yaradır. Bərpaolunan enerji sektoru ilə əlaqəli sənayenin artan tələbi isə metalın uzunmüddətli perspektivini gücləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















