Azərbaycanda “card to card” əməliyyatlarının AÖS üzərindən aparılmasına başlanılıb
Azərbaycanda kartdan karta köçürmə (“card to card”) əməliyyatlarının Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib. Məlumata görə, “card to card” əməliyyatlarının kart prosesinq sistemindən Ani Ödənişlər Sistemi (AÖS) üzərindən aparılmasına başlanılması bankların daxili infrastrukturunda əsas dəyişiklik yaradır və onlara bir sıra üstünlüklər qazandırır.
Qeyd olunub ki, əsas üstünlüklərdən biri bankların xərclərinin azalmasıdır. Belə ki, AÖS üzrə bu növ əməliyyatlar üçün Mərkəzi Bank tərəfindən xidmət haqqı tətbiq edilmir. Eyni zamanda, AÖS vasitəsilə hesablar arasında aparılan köçürmələr anında – bir neçə saniyə ərzində həyata keçirilir. Bankların xərclərinin və proseslərinin optimallaşması nəticəsində vətəndaşlara daha səmərəli xidmətlər və daha yaxşı müştəri təcrübəsi təqdim etmək imkanı yaranır.
Məlumata əsasən, keçid prosesi artıq mərhələli şəkildə başlayıb və bir çox banklar AÖS üzərindən “card to card” əməliyyatlarını aktivləşdiriblər.
Mərkəzi Bankdan bildirilib ki, bu keçid kibertəhlükəsizlik və fırıldaqçılıq risklərinə qarşı nəzarəti də gücləndirir: "Ənənəvi kart şəbəkəsi üzərindən aparılan köçürmələrdə bank yalnız kartın 16 rəqəmi əsasında məlumat əldə etdiyi halda, AÖS-də əməliyyatlar hesab səviyyəsində aparıldığından həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu isə fırıldaqçılıq məqsədli əməliyyatların real vaxt rejimində daha operativ aşkarlanmasına imkan verir. Eyni zamanda, kart şəbəkələri üzərindən aparılan "card to card" əməliyyatlarında kart məlumatlarının oğurlanması və klonlaşdırılması ilə bağlı risklər mövcud idi. AÖS-də isə əməliyyatlar hesablar üzərindən getdiyi üçün bu tip risklər əhəmiyyətli dərəcədə azalıb".
© APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























