“Ağ metal” yeni həftəyə də rekordla başlayıb - "Sarı metal"ı belə geridə qoyub
Gümüşün qiyməti 58 dollara yaxınlaşıb.Gümüş, davam edən təklif çatışmazlığı və ABŞ-da faiz endirimi gözləntilərinin artması fonunda treyderlərin “ağ metal”a spekulyativ mərc etmələri nəticəsində 2 faizdən çox yüksəlişlə rekord səviyyəyə çatıb. Qızılın qiyməti isə sabit qalıb.
Marja xəbər verir ki, dekabr ayının ilk ticarət günündə gümüşün unsiyasının qiyməti 57,86 dolları test edib.
Beləliklə, ardıcıl altı gün bahalaşan gümüş, bu il dəyərini ikiqat artıraraq təxminən 60 faiz bahalaşan qızılı belə geridə qoyub.
Oktyabr ayında dünyanın ən böyük gümüş ticarət mərkəzi olan Londona rekord həcmdə metal axını olub. Bu vəziyyət qlobal miqyasda digər mərkəzlərə də təzyiq göstərib. Şanxay Fyuçers Birjasına bağlı anbarlarda ehtiyatlar birja məlumatına görə son on ilin ən aşağı səviyyəsinə enib.
"ANZ Group Holdings Ltd"nin əmtəə strateqi Daniel Hynes bildirib: “Son dövrlərdə Londona axının nəticəsi olaraq qlobal bazarda yaşanan qıtlıq hələ də hiss olunur. Qızıl bir qədər nəfəs alarkən, investorlar diqqətlərini gümüşə yönəldiblər”.
"Pepperstone Group Ltd"nin analitiki Ahmad Assiri isə gümüşün son dövrlərdə bahalaşmasının “getdikcə daha çox spekulyativ axınlardan qaynaqlandığını” söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
18 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















