Bankların Mərkəzi Bankdan gözlədikləri islahatlar açıqlanıb
“Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda IX Beynəlxalq Bankçılıq Forumu keçirilir.
Marja.az xəbər verir ki, Forumda Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev də çıxış edib.
O qeyd edib ki, bank sektorunun maliyyə göstəricilərində müsbət dinamika müşahidə edilir:
"2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri 12 aylıq müqayisədə 10.4% artaraq, tarixi həddi ilk dəfə keçib 56.1 mlrd. manata yüksəlmişdir. Bu artımda əsas pay aktivlərin yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur. Analoji dövrdə kredit portfeli 9.6% artaraq 29.3 mlrd. manata çatmışdır. Biznes kreditlərinin qalıq həcmi də 1.1 mlrd. manat artaraq 15.5 mlrd. manata yüksəlmişdir.
Bu dövrdə banklarda fiziki şəxslərin əmanətləri 15.4 mlrd. manat, müddətli əmanətlər isə 9.7 mlrd. manat təşkil etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11% və 18% artım deməkdir. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 34.6%-dən 32.3%-ə enmişdir. Hesabat dövründə bankların kapitalı illik müqayisədə 14% artaraq 7.2 mlrd. manata yüksəlmişdir. Cari ilin ilk üç rübünün yekunlarına əsasən, bank sektorunun xalis mənfəəti də 8.2% artaraq 911 mln. manata çatmışdır".
Zakir Nuriyev bildirib ki, rəqəmsallaşma, xüsusilə rəqəmsal ödəniş ekosisteminin inkişafı və nağdsız ödənişlərin günü gündən artan payı da bizim üçün vacib irəliləyiş göstəricisidir:
"Həyata keçirilən islahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi genişlənməkdə davam edir. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sistemləri üzərindən edilən ödənişlərin həcmi 590 milyard manat olmuş və 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9.4% artmışdır.
Qeyd edilən dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının həcmi isə 72.2 mlrd. manat təşkil etmişdir ki, bu da ötən ilin 3-cü rübünə nisbətə 29.1% çoxdur. Bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67.4%-ə çatdırmışdır".
ABA-nın Prezidenti", Azərbaycan Banklar Assosiasiyası olaraq rəqəmsal ödəniş ekosisteminin gələcək inkişaf perspektivləri və təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində zəruri hesab etdiyimiz islahatlara dair fikirlərimizi son dövrlərdə fərqli platformalarda səsləndirməyə davam edirik" deyərək çıxışına belə davam edib:
"Növbəti strateji dövrdə Mərkəzi Bank nəzdində innovasiya hub-ının yaradılması, rəqəmsal bankçılıq üzrə yeni nəsil qanunvericilik bazasının qəbul edilməsi, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazasının mövcud reallıqlar və inkişaf tendensiyası nəzərə alınaraq təkmilləşdirilməsi, habelə sandbox rejimində tətbiq edilən nəzarət çərçivəsinin bir qədər yumşaldılması həyata keçirilməsini gözlədiyimiz islahatlardandır".
Hesab edirik ki, qeyd edəcəyim növbəti islahatların icrası da diqqət mərkəzində saxlanılmalıdır.
İlk növbədə rəqəmsal ödəniş ekosisteminin mərkəzi komponentlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha effektiv formada istifadə edilməlidir. Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqi təmin edilməli, NFC texnologiyasından istifadə edilməsi diqqətdə saxlanılmalıdır.
Diqqəti çəkən digər bir məqam isə card-to-card tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunub saxlanılmasıdır. Mövcud inkişaf tendensiyasının davamlı olması üçün iqtisadiyyatda nağd hesablaşma dövriyyəsi və ya məhdud çərçivədə tətbiq edilən hesablaşmalar nağdsız dövriyyəyə cəlb edilməlidir. Bu istiqamətdə son günlər ərzində ictimai nəqliyyatda ödəniş kartları və tokenizasiya xidmətinin tətbiqi ilə rəqəmsal ödənişlərin aparılması imkanının yaradılmasını yüksək qiymətləndiririk.
Hesab edirik ki, bu islahatların davamı olaraq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişiklik edilərək qapalı şəbəkədə aparılan əməliyyat dövriyyəsi məhdudlaşdırılmalıdır. Bu tip şəbəkədə aparılan əməliyyat dövriyyəsi müəyyən məbləğlə məhdudlaşdırılmalı, lisenziya tələbi tətbiq edilərək əməliyyatların nağdsız ödəniş dövriyyəsinə cəlb edilməsi təmin edilməlidir.
Rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla sandbox rejiminin qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilməlidir. Hesab edirik ki, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcəkdir. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilə bilər.
Banklar olaraq, aparılan bu islahatlardan birbaşa faydalananı olmaqla yanaşı, proseslərin də davamlı dəstəkçisiyik. Belə ki, ABA və üzv təşkilatlar 2025-ci il ərzində region olaraq Qarabağdan Naxçıvana, istiqamət olaraq təchizat zəncirinin maliyyələşdirilməsindən fraud hallarının qarşısının alınmasına, sindikat kreditləşməsindən dövlət qurumlarının məlumat bazalarına inteqrasiyaya qədər 50-dən çox tədbirin yer aldığı 10-a yaxın dövlət proqramı, fəaliyyət planı və layihədə aktiv töhfə verməyə çalışmışıq".
Müştərilərin xəbərləri
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
-
23 d. əvvəl
Qarabağdakı torpaqların sahibkarlara icarəyə verilməsi üzrə 4-cü investisiya müsabiqəsi elan olundu
-
1 saat əvvəl
“İnno Kapital”ın xalis mənfəəti 2,2 dəfə artıb – MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
-
1 saat əvvəl
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Click to Pay with Visa" — "Epoint"də onlayn "checkout" üçün yeni standart
-
1 saat əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
İri bankın Gəncə filialı yenilənmiş binasında xidmətə başlayıb
Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Broyler şirkətinin xalis mənfəəti 24% artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN






.jpg)








.jpg)





