Bir ədədi 15 manata satılır
“Azərbaycanın incisi” adlandırılan muxtar respublikanın Ordubad rayonu özünün dadlı meyvələri ilə də şöhrət qazanıb. Həmin meyvələr arasında xüsusi fərqlənən Ordubad limonu insanları dadı, tamı və xoş ətri ilə cəlb edir.
Onu fərqləndirən əsas cəhətlərdən biri də tərkibinin efir yağları, vitaminlərlə, minerallarla zəngin olmasıdır. El arasında deyirlər ki, buna səbəb Naxçıvan torpağının faydalı elementlərlə zənginliyi, suyun və havanın saflığı, təmizliyidir. Ona görə də Ordubad limonunun bir ədədi 5, bəzən isə hətta 15 manata satılır. Qədim zamanlardan əhali arasında belə bir fikir də var ki, limonu onu becərəndən başqası dərsə ağac küsür, bar vermir.
Müalicəvi əhəmiyyətə malik limon Ordubadda dibçəklərdə və istixanalarda yetişdirilir. Çünki Naxçıvanın iqlimi bu meyvənin açıq hava şəraitində yetişdirilməsinə tam imkan vermir. Buna baxmayaraq, rayon sakinləri yüksək məhsuldarlığa nail ola bilirlər. Nəticədə limonçuluq ən gəlirli sahələrdən birinə çevrilib.
Limonçuluqla məşğul olan ordubadlılar qeyd edirlər ki, yaxşı becərildikdə torpağa əkilən bir ağacdan il ərzində 220-250 ədəd limon götürmək mümkündür. Bu şərtlə ki, gərək aqrotexniki tədbirləri vaxtında həyata keçirəsən. Yəni, yaxşı məhsul götürmək üçün ağacı vaxtı-vaxtında budamaq lazımdır. Limon ağacında əsasən aşağı budaqlarda meyvə olur. Ona görə də yuxarı budaqları vaxtında budamaq məhsuldarlığı artırır. Bundan başqa, istixanada temperaturu düzgün tənzimləmək də çox əhəmiyyətlidir. Xüsusilə də axşam saatlarında buna ciddi diqqət yetirilməlidir. Bu vaxtlar temperatur 15-18 dərəcə olmalıdır.
Ordubad limonunun vaxtlı-vaxtında suvarılması da məhsuldarlıqda öz rolunu oynayır. Belə ki, yay aylarından fərqli olaraq, qış aylarında bu bitki çox su istəmir. Həftədə bir dəfə suvarmaq kifayətdir. Əgər düzgün qulluq edilərsə, ağacdan il boyu meyvə götürmək olar. Limon ağacı, əsasən, ilin bütün fəsillərində çiçəkləyir. Bir ağacda həm göy limon, həm də yetişmiş limon görmək mümkündür.
Qeyd edək ki, bu gün “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın uğurla icrası və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlər bu sahədə uğurların əldə edilməsinə şərait yaradır. Buna görə də bu gün Ordubad şəhərində, Aza, Vənənd, Aşağı Əndəmic kəndlərində və digər yaşayış məntəqələrində bu sahə ilə məşğul olanların sayı ötən illərdə daha da artıb. Təbii ki, bu, məhsul istehsalının artımına müsbət təsirini göstərib. İstehsal olunan məhsul paytaxt Bakı şəhərində də özünə xeyli alıcı toplayıb.
©Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
8 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
8 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























