Azərbaycanda hotellərdəki yerlərin 75 faizi boş qalıb
2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yataq yerlərindən) istifadə səviyyəsi ölkə üzrə 25 faiz olmuşdur (2024-cü ilin yanvar-sentyabr aylarında 24,8 faiz). Şabran və Naftalanda hotel yerləri Bakı ilə müqayisədə daha çox dolub.Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 6,1 faiz artaraq 3 milyon 469,3 min olmuşdur. Gecələmələrin ümumi sayının 58,1 faizi Bakıda, 5,8 faizi Qusarda, 5,5 faizi Xaçmazda, 4,9 faizi Naftalanda, 3,8 faizi Qəbələdə, 3,3 faizi Qubada, 2,9 faizi Lənkəranda, 2,5 faizi Şabranda, 1,5 faizi Şamaxıda, 1,2 faizi Qaxda, 1,2 faizi Şuşada, 1,1 faizi Masallıda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 7,2 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,3 faiz artaraq 1 milyon 937 min olmuşdur ki, bu da ümumi gecələmələrin 55,8 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya Federasiyası, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1,0 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,6 faizi Bakıda, 6,4 faizi Qusarda, 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.
Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2,4 faiz artaraq 1 milyon 532,3 min olmuşdur ki, bu da ümumi gecələmələrin 44,2 faizini təşkil edir.
2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 5,5 faiz artaraq 494,2 milyon manat olmuşdur ki, onun da 62,4 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,8 faizi ictimai iaşə xidmətlərindən, 2,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.
2025-ci ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 25 faiz olmuşdur (2024-cü ilin yanvar-sentyabr aylarında 24,8 faiz). Bu göstərici Şabranda 46,9 faiz, Naftalanda 46,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 33,4 faiz, Sabirabadda 27,4 faiz, Lənkəranda 23,4 faiz, Qəbələdə 22,8 faiz, Qubada 21,8 faiz, Şamaxıda 21,6 faiz, Bərdədə 19,4 faiz, Biləsuvarda 18,2 faiz, Qaxda 17,4 faiz, Xaçmazda 16,5 faiz, Laçında 16,4 faiz, digər şəhər və rayonlarda isə 16,4 faizdən aşağı olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 d. əvvəl
- 15 d. əvvəl
-
- 24 d. əvvəl
- 51 d. əvvəl
-
59 d. əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
1 saat əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
-
1 saat əvvəl
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
1 saat əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
2 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib





















