Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!
Ölkənin aparıcı banklarından olan Bank of Baku 2025-ci ilin 3-cü hesabat dövrünü uğurla başa vurub. Maliyyə hesabatlarını açıqlayan Bank of Baku, bir çox maliyyə göstəriciləri üzrə artım tempinə sahibdir.
İstehlak kreditləri üzrə ilk 3-dədir!
Bankın yaydığı press-relizdə bildirilir ki, cari ilin 3-cü rübünün sonunda bankın istehlak kreditlərinin həcmi 673 milyon 232 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % artım deməkdir. Nəticədə Bank of Baku istehlak kreditləri üzrə ölkənin TOP 3 Bankı sırasına daxil olub.
Bankın ümumi kredit portfeli isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 % artaraq 872 milyon 371 min manat təşkil edib. Qeyd edilib ki, bu artım bankın müştəriləri üçün təqdim etdiyi məhsullar, çevik rəqəmsal həllər və müştəri yönümlü strategiyanın uğurlu nəticəsidir.
Eyni zamanda, Bank of Baku-nun xalis mənfəəti də 20 % artaraq 24 milyon manat olub. Bu artım bankın maliyyə dayanıqlığını bir daha təsdiqləyir.
Cari dövrün hesabatına əsasən Bank of Baku-nun ümumi aktivləri ötən il ilə müqayisədə 20 % artaraq 1,117 milyard manat, kapitalı isə 8 % artımla 168,9 milyon manat təşkil edib.
"Bu nəticələr onu göstərir ki, Bank bazar payını qorumaqla yanaşı, dayanıqlı inkişaf, maliyyə sabitliyi, müştəri məmnuniyyəti və eyni zamanda rəqəmsal innovasiya istiqamətində fəaliyyətini gücləndirərək davam etdirir",- məlumatda deyilir.
Məlumat üçün bildirilir ki, Bank of Baku 20 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)







.jpg)
