"PAŞA Bank" 133 milyon manata yaxın xalis mənfəət açıqladı
"PAŞA Bank" ASC 2025-ci ilin 9 ayını 132 milyon 837 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 146 milyon 778 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank"ın xalis mənfəəti 2025-ci ilin 9 ayında ötən ilin 9 ayı ilə müqayisədə 13 milyon 941 min manat və ya 9,5% azalıb. Azərbaycanın iri korporativ bankının faiz və qeyri-faiz gəlirləri artıb. Eyni zamanda, Bankın faiz xərcləri kəskin artıb, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara daha böyük məbləğdə vəsait ayrılıb. Bunların nəticəsində "PAŞA Bank"ın xalis mənfəəti düşüb.
“PAŞA Bank”ın gəlirləri artıb
“PAŞA Bank” ASC 2025-ci ilin yanvar-sentyabr dövrü üzrə (cari ilin 9 ayı) maliyyə nəticələrini açıqlayıb. Bankın əməliyyat gəlirləri artmaqla yanaşı, xərclərin də yüksəlməsi xalis mənfəətin azalmasına səbəb olub.
Əməliyyat gəlirləri artıb, xərclər daha çox yüksəlib
2025-ci ilin 9 ayı ərzində “PAŞA Bank”ın faiz gəlirləri 396 milyon 724 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37 milyon 248 min manat və ya 10,3% artım deməkdir.
Qeyri-faiz gəlirləri isə 200 milyon 576 min manat olub — bu da ötən illə müqayisədə 5 milyon 931 min manat və ya 3% çoxdur.
Beləliklə, “PAŞA Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri birlikdə) 597 milyon 300 min manat təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövründəki 554 milyon 121 min manatdan 43 milyon 179 min manat (7,8%) çoxdur.
Digər tərəfdən, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 407 milyon 413 min manata çatıb. 2024-cü ilin müvafiq dövründə bu məbləğ 353 milyon 534 min manat idi. Yəni, xərclər 53 milyon 879 min manat (15,3%) artıb.
Nəticə: Gəlirlər artdığı halda, xərclərin daha sürətli yüksəlməsi mənfəətin azalmasına təsir edib.
Xalis mənfəət azalaraq 132 milyon manata enib
“PAŞA Bank”ın faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlara ayırdığı məbləğ 2025-ci ilin 9 ayında 4 milyon 559 min manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 7 milyon 275 min manatla müqayisədə 2 milyon 716 min manat (37,3%) azdır.
Bundan əlavə, bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 2025-ci ilin yanvar-sentyabr dövründə 12 milyon 998 min manat ayırıb. 2024-cü ilin eyni dövründə Bank mümkün zərərlər üçün yaradılan ehtiyatlara 7 milyon 990 min manat ayırmışdı. Bu göstəriclər az da olsa “PAŞA Bank”ın kredit portfeli üzrə risklərin artdığına, borc portfelinin keyfiyyətinin pisləşdiyinə işarə edir.
Mənfəət vergisi üzrə ödəniş 39 milyon 493 min manat olub (2024-cü ildə – 38 milyon 543 min manat).
Hesabat dövründə “PAŞA Bank”ın xalis mənfəəti 132 milyon 837 min manat təşkil edib. Bu, ötən ilin eyni dövründəki 146 milyon 778 min manatdan 13 milyon 941 min manat (9,5%) azdır. Faiz xərclərinin və ümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin artması xalis mənfəətə təyiq yaradıb.
Aktivlər 8,9 milyard manatı keçib
2025-ci il sentyabrın 30-na olan məlumata görə, “PAŞA Bank”ın cəmi aktivləri 8 milyard 932 milyon 496 min manat təşkil edib. Bu, ötən ilin sonuna (31 dekabr 2024) nisbətən 710 milyon 318 min manat (8,6%) artımdır.
Kredit portfeli isə 3 milyard 338 milyon 414 min manat olub (ötən ilin sonu – 3 milyard 303 milyon 277 min manat).
Biznes kreditləri 3 milyard 21 milyon 67 min manata çatıb +1,8%
İpoteka kreditləri: 239 milyon 785 min manata çatıb+14,3%
İstehlak kreditləri: 77 milyon 563 min manata düşüb -14,3%
“PAŞA Bank”ın investisiya portfeli və maliyyə institutlarındakı depozitləri artıb
“PAŞA Bank” ASC-nin 2025-ci ilin 30 sentyabr tarixinə olan maliyyə hesabatına əsasən, bankın ticarət və investisiya qiymətli kağızlarından ibarət portfeli əhəmiyyətli dərəcədə artıb.
Belə ki, hesabat dövrünün sonuna bu göstərici 1 milyard 987 milyon 531 min manat təşkil edib. 2024-cü ilin eyni tarixində bu rəqəm 1 milyard 849 milyon 411 min manat idi. Nəticədə, portfel bir ildə təxminən 7,5% artım göstərib.
Eyni zamanda, “PAŞA Bank”ın banklar və digər maliyyə institutlarındakı depozitləri də kəskin şəkildə yüksəlib — 2 milyard 282 milyon 48 min manata çatıb. Bu göstərici ötən ilin eyni dövründə 1 milyard 248 milyon 398 min manat olub. Beləliklə, artım təxminən 82,7% təşkil edib. Bu artımı bankın likvid aktivlərinin gücləndirilməsi və investisiya portfelinin diversifikasiyası siyasəti ilə əlaqələndirirlər.
Cəmi depozitlərdə artım olub
2025-ci il sentyabrın 30-na olan məlumata görə, “PAŞA Bank”ın cəmi öhdəlikləri 7 milyard 936 milyon 337 min manat təşkil edib (ötən ilin sonu – 7 milyard 313 milyon 303 min manat), bu da 8,5% artım deməkdir.
Bankın depozit portfeli 6 milyard 766 milyon 210 min manata çatıb.
Fiziki şəxslərin depozitləri 1 milyard 759 milyon 694 min manata geriləyib: - 6,8%
Hüquqi şəxslərin depozitləri 5 milyard 6 milyon 516 min manata yüksəlib: +10,7%
Bu, bankın korporativ müştəri seqmentinə üstünlük verdiyini göstərir.
Ümumi qiymətləndirmə
Əməliyyat gəlirləri 7,8% artıb, xərclər isə 15,3% yüksəlib.
Xalis mənfəət 13,9 milyon manat və ya 9,5% azalıb.
Aktivlər 8,9 milyard manata çataraq 8,6% artım göstərib.
Depozit və kredit portfelləri böyüyüb, lakin istehlak kreditlərində azalma müşahidə olunub.
Ümumilikdə, “PAŞA Bank” 2025-ci ilin 9 ayında sabit maliyyə dayanıqlığını qoruyub. Faiz və qeyri-faiz gəlirlərində artım müşahidə olunsa da, əməliyyat xərclərinin yüksəlməsi və ehtiyatlara ayırmaların artması xalis mənfəətin azalmasına təsir edib. Bununla yanaşı, aktivlərin, investisiya portfelinin və korporativ depozitlərin artımı, həmçinin likvid vəsaitlərin çoxalması, bankın sabit və konservativ maliyyə idarəetməsini davam etdirdiyini göstərir. “PAŞA Bank”ın 2025-ci ilin sonuna qədər gəlirlilik dinamikasını sabitləşdirəcəyi və investisiya aktivlərinin artımını qoruyacağı gözlənilir.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
- 7 saat əvvəl
Son Xəbərlər

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır
Ən çox oxunanlar

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
