Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Azərbaycanın özəl bankı 23 milyon dollarlıq 2 kredit sazişi imzalayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın özəl bankı 23 milyon dollarlıq 2 kredit sazişi imzalayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın aparıcı özəl banklarından olan “Unibank” KB və İsveçrənin nüfuzlu “BlueOrchard Finance Ltd.” investisiya idarəetmə şirkəti arasında ümumi məbləği 23 milyon ABŞ dolları olan subordinasiya və senior kredit sazişləri imzalanıb.

Bankdan Marja.az-a verilən məlumata görə, bu vəsaitdən 13 milyon ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə və beynəlxalq tənzimləyici standartlara  uyğun olaraq 2-сi kapital kimi tanınacaq.

Reklam_3_11

"Yeni kredit sazişi “Unibank”ın kapital mövqeyini daha da gücləndirəcək və bankın strateji hədəflərinə – xüsusilə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə xidmət edəcək. Bu sahələrdə dayanıqlı maliyyə resurslarına olan tələbatın ödənilməsi  Unibank üçün prioritet istiqamətlərdən biridir", -məlumatda deyilir.

“Unibank” KB-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:

“BlueOrchard-dan subordinasiya krediti cəlb etmək həm ölkəmizə, həm də bankımıza beynəlxalq maliyyə qurumlarının inamını göstərən mühüm göstəricidir. Kapital bazasının möhkəmlənməsi bizə mikro və KOB seqmentlərinə kredit portfelini artırmaq, fərdi sahibkarları və kiçik müəssisələri daha çox dəstəkləmək imkanı verəcək. Bu isə mikro, kiçik və orta sahibkarların kapitala çıxış imkanlarını genişləndirmək istiqamətindəki missiyamızla uyğundur.”

“BlueOrchard Finance Ltd.” şirkətinin Avrasiya üzrə regional direktoru Ketevan Xuskivadze isə qeyd edib:

“Biz Unibank-la əməkdaşlığa başlamaqdan məmnunuq. Unibank real iqtisadiyyatı dəstəkləməyə sadiq olan dinamik maliyyə institutudur. Bu əməliyyat çərçivəsində təqdim olunan maliyyələşdirmə, inkişaf etməkdə olan bazarlarda mikro, kiçik və orta sahibkarlığın kapitala çıxış imkanlarını artırmaq yönündəki missiyamızla tam şəkildə uzlaşır..”

“Unibank” KB haqqında

1992-ci ildə təsis olunan “Unibank” KB Azərbaycan bank sektorunun aparıcı özəl maliyyə qurumlarından biridir. Bank fərdi və korporativ müştərilərə geniş çeşiddə məhsul və xidmətlər təqdim edir, xüsusilə mikro, kiçik və orta sahibkarların ehtiyaclarına yönəlmiş həllər təklif edir. Unibank müasir texnologiyaları tətbiq etməklə dayanıqlı inkişaf strategiyasını həyata keçirir və ölkənin iqtisadi tərəqqisinə fəal töhfə verir.

İş elanları AzVak.az-da

Unibank BlueOrchard Finance Ltd. kredit sazişi subordinasiya krediti senior kredit kapital mövqeyi beynəlxalq maliyyə Azərbaycan bank sektoru mikro biznes kiçik və orta sahibkarlıq KOB maliyyələşməsi investisiya beynəlxalq əməkdaşlıq Heybət Qədirov Ketevan Xuskivadze kapital bazası maliyyə resursları Mərkəzi Bank strateji hədəflər iqtisadi inkişaf özəl bank kredit portfeli maliyyə bazarları bank sektorunun güclənməsi Unibank KB beynəlxalq tərəfdaşlıq
10.10.2025 11:05

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18