Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
“Kiçik xərclərdən qorxun – kiçik sızıntılar böyük gəmiləri batırır.”
İnsanların pul yığa bilməməsinin əsas səbəbi şəxsi maliyyəyə sistemli yanaşmanın olmamasıdır. Bəs maliyyə sabitliyi üçün ən vacib qaydalar hansılardır? Gəlin ən vacibindən başlayaq. Yığım etmək istəyirsinizsə bu prosesinə, gəlirləriniz əsas xərcləri — kommunal xidmətlər, ərzaq, nəqliyyat və digər vacib ehtiyacları ödədikdən sonra başlamaq lazımdır. Bəs insanlar nə üçün pula qənaət edə bilmir? “Maliyyə savadlılığı” rubrikasında suallarımızı Marketinq ekspert qrupunun eksperti, "Bank Respublika" ASC-nin Marketinq Departamentinin Direktor müavini Çingiz M. Əsədov cavablandırır:
- Çingiz müəllim xoş gördük. Bu gün maliyyə savadlılığından danışacayıq. Təbii ki, maliyyə savadı olan insan gəlirindən qənaət etməyi də bacarmalıdır. Sizcə qənaət etmək çətindirmi?
- Çoxları düşünür ki, qənaət etmək çətindir, amma problem pulun azlığında yox, planın olmamasındadır. İnsan nə qədər qazanırsa-qazansın, izləmədiyi xərclər sanki su kimi axıb gedir. Biz bəzən “indi yaşamaq” adı ilə gələcəyi unuduruq, halbuki sabitlik elə bu gün atılan kiçik addımlardan başlayır. Benjamin Franklin demişdi: “Kiçik xərclərdən qorxun – kiçik sızıntılar böyük gəmiləri batırır.” Qənaət məhrumiyyət deyil, düzgün seçim vərdişidir.
- Bəs, yığımın ən vacib qaydası hansıdır?
- Yığımın əsas qaydası çox sadə, amma həyati bir prinsipdir — “öncə özünə ödə”. Yəni gəlir əldə edən kimi bir hissəsini yığıma ayır, qalanla yaşa. Çoxları bunu tərsinə edir və artıq qalandan yığmağa çalışır, amma artıq adətən qalmır. Kiçik, amma mütəmadi yığım zamanla böyük nəticə verir. Yığmaq sadəcə pul saxlamaq deyil, gələcəyə güvən hissi yaratmaqdır. Qənaət, əslində, pulun deyil, zamanın düzgün idarəsidir — çünki hər yığılmış manat sabahın azadlığına çevrilir.
- Bəs yığımın qarşısını alan, insanlara bu işdə maneə oan amillər hansılardır? İlk növbədə impulsiv xərclər yığımın qarşısını alan əsas amillərdən biridir. Çox vaxt insanlar pul xərcləməkdə emosiyaların təsiri altına düşür, ehtiyacdan çox əhval-ruhiyyəni yaxşılaşdırmaq və ya vərdiş nəticəsində alış-veriş edirlər. Planlı və vəsaiti olan alışlar məqbuldur, lakin impulsiv xərclərin səbəbini anlamaq vacibdir. Bizimlə razısınızmı?
- Tamamilə doğrudur. Yığıma ən çox emosiyalar və bəhanələr mane olur. “Az qazanıram”, “yaşamaq lazımdır”, “hələ tezdir” kimi fikirlər bizi dayandırır. Həm də mühit də təsir edir — reklamlar, sosial şəbəkələr, başqaları ilə müqayisə bizi daha çox xərcləməyə sövq edir. Napoleon Hill demişdi: “İnsan zəngin olmağa əvvəl düşüncəsində qərar verir.” Yığımın sirri çox qazanmaqda deyil, az olanda da planlı davranmağı bacarmaqdadır.
Təbii ki, yığım prosesində şəxsi büdcə aparmaq da vacibdir. “Gözlənilməz xərclər — texnika və ya avtomobilin sıradan çıxması — həmişə mümkündür. Buna görə ‘təhlükəsizlik yastığı’ yaratmaq vacibdir. Amma çox insan gəlir və xərclərini yazmır, bu da maliyyənin idarə olunmasını çətinləşdirir. Büdcəni xüsusi tətbiqlər, Excel və ya sadə dəftər vasitəsilə aparmaq olar. Xərclərin optimallaşdırılması da maliyyə savadlılığının mühüm hissəsidir. Məhsullar arasında qiymət və keyfiyyət nisbətini müqayisə etmək, tanınmış brendə görə boşuna pul xərcləməmək lazımdır.
Müştərilərin xəbərləri

"Prime Cotton"dan daha bir beynəlxalq uğur - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
2 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
2 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton"dan daha bir beynəlxalq uğur - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
