Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

100-dən çox avtobus fəaliyyət göstərəcək - Məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
100-dən çox avtobus fəaliyyət göstərəcək - Məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu gündən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə başlanılıb.

Bu barədə “2 school” startap şirkətindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək. Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bu məqsədlə “2 School” startap şirkəti vasitəsilə layihə çərçivəsində 100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək.

Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər.

Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A.Kərimov adına 8 nömrəli tam orta məktəb, A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi və 189–190 nömrəli tam orta məktəb daxildir.

Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunur. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Bakı məktəbli avtobusları 2School nəqliyyat infrastrukturu Dövlət Proqramı 2025–2030 pilot layihə şagird nəqliyyatı məktəbli nəqliyyatı valideynlər üçün platforma avtobus marşrutu 1250 şagird 100 avtobus dövlət məktəbləri özəl məktəblər məktəb abonementi endirim Qazi ailələri şəhid ailələri ikinci övlad endirimi Bakı məktəbləri məktəb avtobusu xidməti nəqliyyat sıxlığının azaldılması məktəb nəqliyyat sistemi
01.10.2025 11:44
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18