Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR
ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayırAZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.
Marja xəbər verir ki, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.
Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq.
Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.
Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək.
Sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən də yararlana biləcəklər.
Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.
Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.
"Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq",- ADY-dən bildirilir.
Qeyd edilib ki, Gəncə, Tovuz və Ağstafaya ənənəvi olaraq Bakı–Qazax–Bakı marşrutu ilə hər gün hər iki istiqamətdə olmaqla, eyni zamanda, həftəiçi hər gün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslərlə səfər etmək olar.
ADY Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi hədəfləyir. Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edir. 2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz “Wi-Fi” xidməti aktivləşdirilib. 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı–Ağstafa–Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı–Ağdam–Bakı xətti açılıb. Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









