Küçəyə siqaret kötüyü atanlar 68 avro cərimələnəcək
Fransanın şərqindəki Kolmar şəhəri, 1 Oktyabrdan etibarən küçəyə siqaret kötüyü atanları 68 avro (140 manat) cərimələyəcək.
"Marja" xəbər verir ki, Kolmar bələdiyyəsinin Sədri Gilbert Mayer bildirib ki, indiyə qədər pişik və it ifrazatı üçün etibarlı olan cərimə siqaret kötüyü üçün də tətbiq ediləcək və qadağaya zidd hərəkət edənlərin 68 avro ödəmək məcburiyyətində qalacaqlarını qeyd edib.
Kolmar Bələdiyyəsi, keçən il məsələ ilə bağlı yerli referendum keçirmiş və xalqın 75%-i bələdiyyənin planını dəstəkləmişdi.
Bələdiyyə, kötüklərin küçəyə atılmasını qarşısını almaq məqsədilə şəhərin mühüm prospektlərində 250 külqabı yerləşdirib.
Fransada daha əvvəl də Paris və Kann şəhərləri, küçəyə siqaret kötüyü atanlara cərimə tətbiq etməyə başlamışdı.
Strasburq şəhəri Bələdiyyəsi də bənzər bir tətbiq üçün işlər aparır.
Ölkədə rəsmi araşdırmalara görə, 16 milyon siqaret istifadəçisi var. Fransa Səhiyyə Nazirliyi siqaret ilə mübarizə çərçivəsində, ölkədə siqaret paketi qiymətinin 2020-ci ildə minimum 10 avro olacağını bildirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























