Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur

2025-ci ilin avqust ayındaTesla-nın Avropada satışları 36,6% azalıb, bazar payı keçən ilki 2%-dən 1,2%-ə düşüb. BYD-nin satışları isə 201,3% artaraq bazar payını 1,3%-ə çatdırıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin elektrik avtomobili istehsalçısı BYD Avropa İttifaqında (Aİ) 2025-ci ilin avqust ayında 2024-cü ilin avqustuna nisbətən 3 dəfə çox yeni avtomobil sataraq, ABŞ-lı rəqibi Teslanı ardıcıl  ikinci ay geridə qoyub.

Marja.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.

Reklam_3_11

Stellantis isə Avropada bir ildən uzun müddət sonra ilk dəfə satış artımına qayıdıb. Ümumi bazarın genişlənməsində plagin hibrid  (plug-in hibrid-PHEV) və tam elektrikli (BEV) avtomobil satışlarının rolu böyük olub.

Avropanın avtomobil sənayesi bir sıra çağırışlarla üzləşir: ABŞ-ın idxal rüsumları, Çin istehsalçılarının rəqabəti və elektrikli avtomobillərin (EV) tətbiqi üçün yerli qaydaların yerinə yetirilməsi çətinlikləri.

Avtomobil istehsalçıları emissiya standartlarına uyğunlaşmaq üçün daha sərfəli və gəlirli olan PHEV-lərin satışını artırıb. Çin markaları da bu texnologiyadan Avropa İttifaqının Çin istehsalı EV-lərə tətbiq etdiyi rüsumların təsirini azaltmaq və Çin məhsuluna şübhəli yanaşan Avropa sürücülərini cəlb etmək üçün istifadə edirlər.

RƏQƏMLƏR

ACEA-nın məlumatına görə, Avropa İttifaqı, Böyük Britaniya və Avropa Azad Ticarət Assosiasiyasında avqust ayında satışlar 4,7% artaraq 0,8 milyon avtomobil olub.

Volkswagen və Renault-ln satışları illik müqayisədə müvafiq olaraq 4,8% və 7,8% artıb.

Stellantis-in satışları 2,2% artaraq, 2024-cü ilin fevralından bəri ilk dəfə yüksəlib.

Tesla-nın Avropa satışları 36,6% azalıb, bazar payı keçən ilki 2%-dən 1,2%-ə düşüb. BYD-nin satışları isə 201,3% artaraq bazar payını 1,3%-ə çatdırıb.

Çinli digər avtomobil istehsalçısı MG-nin sahibi SAIC Motor isə avqust ayında satışlarını 59,4% artıraraq, cari il üzrə bazar payını 1,9%-ə yüksəldib və beləliklə, Avropa İttifaqında ilin ən yaxşı on avtomobil satıcısı sırasına daxil olub.

Ümumilikdə Avropa İttifaqında avtomobil satışları 5,3% artıb.

Tam elektrikli avtomobillərin (EV) satışı 30,2%, hibrid elektrikli avtomobillərin satışı 54,5%, plagin hibrid avtomobillərin satışı isə 14,1% artıb.

İş elanları AzVak.az-da

25.09.2025 09:45

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18