Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

(®) "Carlsberg Azerbaijan" növbəti dəfə “Xəzəri Qoruyaq!” adlı genişmiqyaslı ekoloji aksiyaya dəstək olub. Sentyabrın 1-dən 20-nə qədər davam edən aksiya Xəzərin Lənkəran, Astara, Neftçala, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı çimərliklərini əhatə edib.

Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində keçirilən aksiyanın məqsədi Azərbaycanda ekoloji vəziyyəti yaxşılaşdırmaq, əhalini təkrar emal istiqamətində maarifləndirmək və ətraf mühitə məsuliyyətli yanaşmanı təbliğ etməkdir.

“Xəzəri Qoruyaq!”çərçivəsində yekun təmizlik aksiyası Bakının Bilgəh çimərliyində baş tutub. Bu il ümumilikdə 1300-dən çox könüllünün iştirakı ilə çimərlik ərazilərindən 5 tondan çox tullantı toplanılıb.

Carlsberg Azerbaijan komandası da aksiyada aktiv iştirak edərək Xəzər çimərliklərinin tullantılardan təmizlənməsinə öz töhfəsini verib. Şirkət həmçinin, aksiya boyunca könüllüləri ölkədə ilk yerli istehsal olunan 0.0 alkoqollu içkisi “Xırdalan 0.0” ilə də təmin edib.

Carlsberg Azerbaijan-ın baş direktoru Alius Antulis bildirib ki, şirkət özünün qlobal “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyasına uyğun olaraq fəaliyyət göstərdiyi ölkələrdə ekoloji layihələrə dəstək olur:

“Altı ildən artıqdır ki, Carlsberg Azerbaijan “Xəzəri Qoruyaq!” kampaniyasının mühüm tərəfdaşlarından biridir. Biz bu illər ərzində ekoloji dəyərlərin qorunması və tullantısız gələcəyin qurulması istiqamətində ardıcıl addımlar atmışıq. Bu gün əməkdaşlarımız və tərəfdaşlarımızla birgə sahildə keçirdiyimiz aksiyada toplanan tullantıların həcmi göstərir ki, birgə səylərimiz real nəticə verir. Gələcəkdə daha çox şirkət və təşkilatın bu təşəbbüsə qoşulacağına inanıram və hər kəsi daha təmiz Xəzər naminə həmrəyliyə çağırıram.”

Carlsberg Azerbaijan ilə yanaşı aksiyanın əsas tərəfdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Coca-Cola, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), “EcoHub” ekoloji platforması, AmCham, “PwC Azərbaycan” və “McDonald's” şirkətləri olublar.

Xatırladaq ki, 1986-cı ildə təsis edilən Beynəlxalq Sahilyanı Təmizlik Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Azərbaycan “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 16 ildir ki, bu təşəbbüsdə iştirak edir.

Qeyd edək ki, “Birlikdə SIFIRA doğru və daha İrəli” adlı qlobal dayanıqlı inkişaf proqramı Carlsberg Group-un 2040-cı ilə qədər bütün dəyər zənciri üzrə bir sıra istiqamətlərdə ətraf mühitə təsiri azaltmaq üçün hazırladığı strategiyadır.

Şirkət həmin strategiyaya uyğun olaraq SIFIR karbon izi, SIFIR kənd təsərrüfatı tullantısı, SIFIR su itkisi, SIFIR məsuliyyətsiz istehlak, SIFIR qablaşdırma tullantısı və SIFIR bədbəxt hadisə ambisiyaları ilə davamlılıq proqramını icra edir.

XəzəriQoruyaq CoastalCleanup Carlsberg Azerbaijan Xəzəri Qoruyaq ekoloji aksiya Beynəlxalq Sahilyanı Təmizlik Günü tullantısız gələcək ekoloji layihələr dayanıqlı inkişaf sahil təmizliyi Bilgəh çimərliyi Xırdalan 0.0 ekoloji maarifləndirmə Coca-Cola SOCAR EcoHub PwC Azərbaycan McDonald's AmCham Ekologiya və Təbii Sərvətlər Nazirliyi tullantıların təmizlənməsi korporativ sosial məsuliyyət Carlsberg Group SIFIRA doğru strategiya 2040 ekoloji hədəflər
22.09.2025 19:13
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar