Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mərkəzi Bank Beynəlxalq Maliyyə Maarifləndirilməsi Şəbəkəsinə tamhüquqlu üzv kimi qoşulub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mərkəzi Bank sosial inkişafı və maliyyə inklüzivliyinin genişləndirilməsini dəstəkləmək məqsədilə maliyyə savadlılığının artırılması istiqamətində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsini davam etdirir. Bu çərçivədə növbəti təşəbbüs Mərkəzi Bankın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Maliyyə Savadlılığı Şəbəkəsinə (İƏİTBMSŞ) tamhüquqlu üzv qismində qoşulması olub.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu üzvlük çərçivəsində Mərkəzi Bank şəbəkənin “Maliyyə savadlılığı standartları: tətbiqi və qiymətləndirilməsi”, “Rəqəmsal maliyyə savadlılığı” və “Maliyyə savadlılığı və davamlı maliyyə” üzrə işçi qruplarında iştirak etmək, beynəlxalq səviyyədə hazırlanan siyasət sənədlərinin işlənməsi prosesinə birbaşa cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri bazasına çıxış əldə etmək hüququ qazanıb. Bununla da, Mərkəzi Bank qabaqcıl təcrübələr və yanaşmalarla mütəmadi tanış olmaq imkanından yararlanacaq.

Reklam_3_11

Qeyd edilənlər Mərkəzi Banka maliyyə savadlılığı proqramlarını beynəlxalq standartlara uyğun şəkildə tətbiq etməyə, məlumat əlçatanlığının təmin olunmasına və ümumilikdə maliyyə inklüzivliyinin genişləndirilməsinə töhfə verəcəkdir.

Qeyd edək ki, İƏİTBMSŞ dünyada maliyyə təhsili məsələləri üzrə tənzimləyicilər və digər iştirakçılar arasında əməkdaşlığı təşviq edən bir platformadır. Bu şəbəkə tərəfindən beynəlxalq səviyyədə müqayisə edilə bilən məlumatlar toplanır, siyasət təhlili aparılır və siyasət alətləri hazırlanır.

15.09.2025 18:10

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18