Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
İş yerlərinin rəsmiləşdirilməsi, əmək münasibətlərində şəffaflığın təmin edilməsi, əməkhaqlarının “ağardılması” məqsədilə həyata keçirilən təşviqəsaslı vergi siyasəti əmək bazarına müsbət təsir göstərməyə davam edir.
İqtisadiyyat Nairliyinin yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə atılan addımlar, xüsusilə də qeyri-neft sektorunun özəl bölməsində məşğulluğun artırılması və əməkhaqlarının leqallaşdırılması baxımından mühüm nəticələr verib.
2025-ci il sentyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı təxminən 470 min vahid və ya 87% artıb. Ümumi əmək müqavilələrinin 55%-ə yaxını qeyri-neft sektorunun payına düşür.
Qeyri-neft sektorunda əmək müqavilələrinin əsas hissəsi ticarət (299 min), xidmət (232 min) və sənaye (128 min) sahələrinin payına düşür. Tikinti sektorunda bu göstərici 98 min, nəqliyyat sektorunda 46 min, kənd təsərrüfatında 38 min, maliyyə sektorunda 36 min, rabitə sektorunda 24 min, digər sektorlarda isə 109 min təşkil edir. 2025-ci ilin 8 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 26,6 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.
Bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, 7 illik güzəştlərə əsaslanan və qeyri-neft sektorunda məşğulluğun stimullaşdırılmasına yönəlmiş vergi islahatları həlledici rol oynayıb. Əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda dövlətin əsas hədəfinin – qeyri-neft özəl sektorunda dayanıqlı məşğulluq və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
1 gün əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb











.jpg)











