Mərkəzi Bank, AzFina və PashaPay “Fintex Üfüqləri Forumu” keçirdi
Forumda fintex şirkətləri bir araya gələrək AniPay və Hökumət Ödəniş Portalının imkanları, eləcə də QR və digər innovativ rəqəmsal həlləri müzakirə ediblər. Ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyətlərinin tənzimlənməsi üzrə dəyişikliklər və yeniliklər ətrafında məruzələr dinlənilib. Fərdlər, fintexlər və KOB-lar üçün çıxış imkanlarını genişləndirən sistem, AMB dəstəyi ilə təhlükəsizlik və uyğunluğu təmin edir.
3 sentyabr 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və PashaPay-in birgə təşkilatçılığı ilə “Fintex Üfüqləri Forumu” keçirilib.
Forum, ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya gətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə müzakirə platforması təqdim edib.
Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66% artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha da aktuallaşdırıb.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd — mövcud texnologiyanı daha effektiv istifadə etməklə, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 13 d. əvvəl
-
35 d. əvvəl
"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
42 d. əvvəl
Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
- 52 d. əvvəl
-
56 d. əvvəl
Azərbaycan Çinlə bank sektorunda əməkdaşlıq haqqında memorandum imzalayıb
-
59 d. əvvəl
Mərkəzi Bank: “PulPal” şirkətinin vəzifəli şəxsi cərimələnib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan şirkəti 2 milyard 414 milyon manat gəlir, 245 milyon manat xalis mənfəət əldə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölkədə neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib
- 2 saat əvvəl
Son Xəbərlər

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq


Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb

"İrşad"da “Şad Günlər” başlayır

Bank istiqraz ilə 40 milyon manat cəlb edir - ŞƏRTLƏR

Ölkədə neft və kimya sahəsində yeni dövlət standartları qəbul edilib
Ən çox oxunanlar

BYD, 2025-ci il üçün satış hədəfini aşağı saldı

Unibank beynəlxalq proqramlaşdırma yarışına dəstək verir

Azərbaycan avtomobil parkının mövcud durumu, problemlər və həlli yolları müzakirə olunacaq

Azərbaycan neftinin son qiyməti

Mərkəzi Bank, AzFina və PashaPay “Fintex Üfüqləri Forumu” keçirdi

“Qırmızı şənbə!” - “Baku Electronics”də 70%-dək ENDİRİM

Rəsmi məzənnələr açıqlandı

Columba - çatdırılma xidməti üzrə etibarlı tərəfdaş!
