Avropa Ukraynada bufer zonası yaradılması imkanını müzakirə edir
Avropa ölkələrinin liderləri Rusiya və Ukrayna cəbhələri arasında sülh sazişi çərçivəsində 40 kilometrlik bufer zonası yaradılması məsələsini nəzərdən keçirirlər. Marja xəbər verir ki, bu barədə Politico nəşri yazır.
Beş avropalı diplomat nəşrə bildiriblər ki, rəsmilər zona dərinliyi ilə bağlı yekdil mövqedə deyillər. Bundan başqa, Kiyevin bu planı qəbul edib-etməyəcəyi də qeyri-müəyyəndir, çünki təklifin ərazi güzəştlərini nəzərdə tutması ehtimal olunur. Məlumatda həmçinin qeyd edilir ki, ABŞ, görünür, bufer zonası ilə bağlı müzakirələrdə iştirak etmir.
Politico yazır ki, sərhədi patrul etmək üçün lazım olacaq hərbi qüvvələrin sayı da narahatlıq doğurur. Rəsmilər 4 mindən 60 minə qədər hərbi qulluqçunun göndərilməsini müzakirə edirlər. Lakin indiyədək heç bir ölkə öhdəlik götürməyib, ABŞ prezidenti Donald Tramp isə Amerika qoşunlarının mümkün iştirakından imtina edib.
Avqustun 18-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kellogla görüşündə Ukrayna prezidenti Vladimir Zelenski Trampın irəli sürdüyü ərazi güzəştlərini mümkünsüz adlandırmışdı. Avqustun 28-də isə The Atlantic mənbələrə istinadən yazmışdı ki, Tramp Ukrayna və Avropa İttifaqının münaqişənin həlli ilə bağlı tələblərini real hesab etmir. Amerika lideri hesab edir ki, müharibənin başa çatması üçün Kiyev və Aİ Ukraynanın müəyyən ərazi güzəştlərinə getməli olduğunu qəbul etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur














.jpg)


.jpg)

