BOKT-a illik 18 faizlə daha 2 milyon manat pul lazımdır
21 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin dövlət qeydiyyat nömrəsi (İSİN) AZ2038021021 və AZ2037021022 olan istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
Marja xəbər verir ki, hər bir İSİN üzrə buraxılış həcmi 1 milyon manat olmaqla cəmi 2 milyon manatdır.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 28.08.2025-ci il tarixində keçiriləcəkdir.
İllik gəlirlilik faizi 18%, ödəmə periodu istiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir, tədavül müddəti 3 ildir. İstiqrazların sayı 20 000 ədəd, ilkin ticarət qiyməti 100 manatdır.
Anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Qeyd edək ki, bir neçə gün öncə, BOKT "International” ASC eyni şərtlər ilə 2 milyon manat cəlb edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
14 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 15 saat əvvəl
-
15 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 17 saat əvvəl
-
17 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















