İlin əvvəlindən 17 min nəfərə yaxın artmışıq - 45 min 616 doğulan körpə, 29 min 400 ölüm halı
Azərbaycanda demoqrafik vəziyyət açqılanıb.
Marja.az DÖvlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 16 min 833 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatmışdır. Əhalinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Cari ilin ilk altı ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 45 min 616 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,2-dən 9,7-yə düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olmuşdur. Doğulan körpələrdən 1510-u əkiz, 63-ü isə üçəm olmuşdur.
Bu ilin yanvar-iyun aylarında ölkədə 29 min 400 ölüm halı qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,8-ə düşmüşdür.
2025-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 min 815 nikah və 10 min 350 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,4-dən 4,9-a qədər artmış, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür.
2025-ci ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1709 nəfər gələn, Azərbaycandan isə 1092 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 617 nəfər təşkil etmişdir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 14 d. əvvəl
-
-
58 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























