Azərbaycanda neft hasilatı 5,4 faiz azalıb, qaz hasilatı isə cüzi artıb
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-iyul aylarında sənaye istehsalı haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında 36,6 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5,5 faiz artmışdır.
Sənaye məhsulunun 61,5 faizi mədənçıxarma sektorunda, 32,0 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,2 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 88,2 faiz, əczaçılıq məhsullarının istehsalı 81,3 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 27,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,7 faiz, qida məhsullarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı 10,6 faiz, tütün məmulatlarının istehsalı 8,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 5,3 faiz, neft məhsullarının istehsalı 1,4 faiz artmış, içkilərin istehsalı 1,2 faiz, mebel istehsalı 5,2 faiz, tikinti materiallarının istehsalı 5,8 faiz, hazır metal məmulatlarının istehsalı 10,4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 12,0 faiz, elektrik avadanlıqlarının istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 12,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 16,8 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 20,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,3 faiz, kağız və karton istehsalı 24,6 faiz, poliqrafiya məhsullarının istehsalı 28,1 faiz, geyim istehsalı isə 38,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faiz artmışdır.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 13 d. əvvəl
-
-
57 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Azərbaycan neftinin son qiyməti
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq























