Azərbaycanda Komplayens Assosiasiyası yaradıldı
Azərbaycanın hüquqi və biznes mühitində yeni təşəbbüs — hüquqi, etik və tənzimləyici normalara uyğunluğun təşviqi məqsədilə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 10 iyul 2025-ci il tarixində “Komplayens Assosiasiyası” İctimai Birliyi dövlət qeydiyyatına alınıb.
Marja.az bu barədə yayılan press-relizə istinadən xəbər verir ki, Assosiasiyanın əsas məqsədi komplayens sahəsində qabaqcıl təcrübələrin tətbiqini təşviq etmək, müxtəlif sektorlar üzrə etik idarəetmə və risklərin effektiv şəkildə idarə olunması və peşəkar kadr potensialının artırılması üçün komplayens mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməkdir. Assosiasiya, biznes subyektlərinin yerli və beynəlxalq qanunvericiliyə uyğun fəaliyyətini dəstəkləməyə yönələn mexanizmlər hazırlamaqla yanaşı, milli qanunvericilik ilə beynəlxalq standartlar arasında körpü yaratmağı, qanunvericilik tələblərinin tətbiqində praktiki yanaşmaların müəyyən edilməsinə dəstək göstərməyi, dövlət və özəl sektor subyektlərinin fəaliyyətində risk funksiyasının strukturlaşdırılması və effektiv tətbiqi üçün metodoloji və institusional dəstək verməyi, həmçinin tədqiqat və normativ təşəbbüslərlə çıxış etməyi və komplayens sahəsində tərəfdaşlıq əlaqələrini gücləndirərək geniş komplayens icmasını formalaşdırmağı özünə hədəf kimi müəyyən etmişdir.
Assosiasiya komplayens sahəsi üzrə böyük təcrübəsi və peşəkar bacarıqları ilə tanınan mütəxəssislər Kamal Abdullayev, Almaz Musayeva və Leyla Səlimzadə tərəfindən yaradılıb.
Kamal Abdullayev “Kapital Bank” ASC-də Baş Komplayens İnzibatçısı və İdarə Heyətinin üzvüdür. Beynəlxalq hüquq üzrə təhsili ilə yanaşı, hüquqi təminat, risklərin idarə edilməsi, komplayens, strateji və korporativ idarəetmə sahələrində 20 ildən artıq qeyri-maliyyə və bank sahəsindəki təcrübəyə sahibdir. Onun peşəkar yanaşması və sistemli idarəetmə bacarığı Assosiasiyanın strateji istiqamətlərinə önəmli dəyər qatır.

Leyla Səlimzadə “Rabitə Bank” ASC-nin Komplayens departamentini direktoru vəzifəsində çalışır. Onun bank sahəsində dərin təcrübəsi ilə yanaşı, komplayens sahəsində beynəlxalq təlimçi kimi fəaliyyəti, komplayens sahəsində ixtisaslı mütəxəssislərin inkişafında mühüm rol oynamışdır. Assosiasiyanın təsisçisi olmaqla yanaşı, icraçı direktoru kimi fəaliyyətdə də yaxından iştirakı, Assosiasiyanın operativ fəaliyyətində mühüm rol oynayır.

Assosiasiyanın İdarə Heyəti iqtisadiyyatın müxtəlif sahələrində geniş təcrübəyə, strateji baxışa, peşəkar qərarverməyə əsaslanan heyətdən formalaşdırılıb:
Aytac Qasımova — “Pasha Holding” MMC-də Qrup üzrə Hüquq və Komplayens departamentinin Direktoru vəzifəsində çalışır. O, əmək fəaliyyəti ilə yanaşı, hüquq sisteminin inkişafında müxtəlif peşəkar tədbirlərin təşkili və dəstəklənməsində fəal iştirak edir. Eyni zamanda, gənc hüquqşünasların yetişdirilməsində və bilik mübadiləsinin təşfiqində xüsusi rola sahibdir. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində hüquq sisteminin inkişafına verdiyi töhfə və dərin təcrübəsi Assosiasiyanın normativ strukturunun formalaşmasında böyük rol oynayır.

Xəyalə Nağıyeva — ”Azerbaijan Green Energy Company” MMC-də Baş Maliyyə Inzibatçısı və İdarə Heyətinin üzvüdür. Onun hazırki fəaliyyəti enerji sahəsində dayanıqlı investisiyaların formalaşdırılması və inkişafına yönəlib. Eyni zamanda, yerli korporativ bankçılıq və birbaşa investisiyalar sahəsindəki korporativ risklər üzrə təcrübəsi onu Assosiasiyada korporativ idarəetmə və beynəlxalq risk standartlarının tətbiqində aparıcı ekspertlərdən birinə çevirir.

Nuran Kərimov - Deloitte Azərbaycanda İdarəedici Partnyor olaraq fəaliyyət göstərir. O, həm beynəlxalq, həm də Azərbaycandakı şirkətlərə və fiziki şəxslərə müxtəlif vergi və əlaqədar biznes məsələləri ilə bağlı məsləhət xidmətləri sahəsində çoxillik təcrübəyə malikdir. Azərbaycandakı şirkətlər üçün beynəlxalq korporativ strukturlar və xarici çoxmillətli təşkilatların Azərbaycandakı şirkətlərə investisiya qoyuluşlarının strukturlaşdırılması daxil olmaqla, korporativ strukturların təkmilləşdirilməsi ilə bağlı çoxlu sayda layihələrdə iştirak etmişdir. O, yerli və beynəlxalq səviyyədə qurulmuş peşəkar əlaqələri və strateji tərəfdaşlıqları vasitəsilə Assosiasiyanın tanıdılmasında mühüm rol oynayır.

Niyaz İsmayılov — “PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədridir. Bank və sığorta sahəsində dərin təcrübəsi ilə yanaşı, maliyyə bazarları üzrə iqtisadi prosesləri təhlil etmək bacarığı, strateji qərarların formalaşmasında və institusional inkişafın istiqamətləndirilməsində mühüm rol oynayır. O, Assosiasiyanın təşkilati dayanıqlığını gücləndirən əsas fiqurlardan biridir.

Almaz Musayeva — “Kapital Bank” ASC-də Komplayens Departamentinin Direktoru və eyni zamanda “ACAMS Euroasia Chapter”in İdarə Heyətinin qurucu üzvüdür. Beynəlxalq komplayens platformalarında təmsilçiliyi və peşəkar töhfəsi Assosiasiyanın qlobal təcrübəyə inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıyır.

“Komplayens Assosiasiyası” İctimai Birliyi komplayens sahəsində güclü ekosistemin qurulması yolunda fəaliyyəti ilə bağlı yaxın zamanda ictimaiyyətə açıq tədbirlər, təlimlər və maarifləndirici layihələrlə çıxış etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 14 d. əvvəl
- 23 d. əvvəl
-
- 50 d. əvvəl
-
58 d. əvvəl
"Trendyol’’un məhdud sayda hazırladığı yeni Olimpiya geyim kolleksiyası satışda
-
1 saat əvvəl
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
-
1 saat əvvəl
Azərbaycan və ABŞ birgə potensial layihələri nəzərdən keçirib
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
-
1 saat əvvəl
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
-
2 saat əvvəl
Maliyyə nəhəngi qızıl üçün tarix açıqladı: 6 min dolları nə vaxt keçilə bilər?
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Unicapital investorlar üçün iki yeni istiqraz buraxılışını elan edir
“Kürsəngi” və “Qarabağlı” neft yataqları ilə bağlı iclas keçirilib
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
Fevralın 10-da gözlənilən hava şəraiti - BAKIYA QAR YAĞACAQ
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
“Bank Respublika”nın“Qızıl Seçim” lotereyası davam edir
Yeni Li Auto L9 Livis krossoveri təqdim edilib - QİYMƏT
Prezident ABŞ şirkətlərinin rəhbər şəxslərini qəbul edib
“Unibank”da yığıncaq keçiriləcək























