Azərbaycanda sərbəst satış sertifikatı veriləcək
Sərbəst satış sertifikatı "Made in Azerbaijan" brendini təşviq edəcək
“Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilib ki, Azərbaycanda sərbəst satış sertifikatı veriləcək.
Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin PR meneceri Zənura Talıbova bildirib ki, sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycan Respublikasında istehsal olunan mallara veriləcək:
"İxracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması könüllü xarakter daşıyacaq. Sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir."
Zənurə Talıbova deyib ki, Azexportun fəaliyyəti çərçivəsində müəyyən olunub ki, Azərbaycan məhsullarının keyfiyyətinə əlavə olaraq, zəmanətin təmin edilməsi ilə bağlı mütəmadi olaraq xarici tərəfdaşlar tərəfindən dünyada geniş yayılmış Sərbəst satış “Free sales” sertifikatları tələb edilir: "Sertifikatın mahiyyəti ondan ibarətdir ki, ölkə daxilində məhsula əvvəlcədən müxtəlif qurumlar tərəfindən verilmiş sertifikatların (keyfiyyət, gigiyenik, uyğunluq və s.) qüvvədə olmasını və həmin məhsulun hal-hazırda ölkə daxilində sərbəst satışa bütün icazələrin olmasını təsdiq edir. Sertifikatın verilməsi proseduru heç bir əlavə laboratoriya və ya testlərin keçirilməsi ilə müşahidə olunmur. Dünya təcrübəsində sərbəst satış sertifikatı malların hər bir partiyasına verilir. Məhsul xarici ölkələrə göndərilirsə sertifikat dövlət və ingilis dillərində verilir."
MDB ölkələri arasında bu cür sertifikatları hazırda yalnız Ukrayna və Rusiya təklif edir. Ukraynada sertifikatların verilməsini Sənaye və Ticarət Palatası, Rusiyada İxraca Dəstək Mərkəzi həyata keçirir. Türkiyədə sertifikatın verilməsi məhsullara görə fərqlənir və əsasən Gömrük və Ticarət Nazirliyinin akkreditə etdiyi müxtəlif konsaltinq şirkətləri tərəfindən təqdim edilir. Z.Talıbovanın sözlərinə görə sertifikatın verilməsi üçün dünya təcrübəsində aşağıdakı sənədlər tələb edilir:
-Şirkətin qeydiyyat şəhadətnaməsi;
-Sərbəst satış sertifikatı tələb olunan malların siyahısı;
-Keyfiyyət sertifikatı;
-Malların uyğunluq sertifikatı; (Qanunla nəzərdə tutulduğu halda)
-malların istehsalı üçün lisenziya; Beynəlxalq eyniləşdirmə nömrəsi - barkod (əgər varsa);
-Ölkə ərazisində malların satışının təsdiqi (2-3 müştəriyə, faktura, çek və ya vergi hesab-faktura).
İİTKM rəsmisi vurğulayıb ki, sərbəst satış sertifikatının verilməsi "Made in Azerbaijan" brendinin təşviqi və qeyri-neft ixracının artımı üçün əlavə təkan olacaq. Sərbəst satış sertifikatını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tədim edəcək.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
18 d. əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 25 d. əvvəl
-
30 d. əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
36 d. əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
45 d. əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
























