Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ prezidenti Donald Trampın yeni bəyanatlarının investorlar tərəfindən qiymətləndirilməsi fonunda dollar major valyutalar qarşısında bahalaşıb.
Belə ki, EUR/USD valyuta cütlüyü 1.16830 səviyyəsindən 1.17290 səviyyəsinə qədər yüksəlib. GB/PUSD cütlüyü eyni müddət ərzində 1.35250 həddindən 1.35960 həddinədək artım sərgiləyib. USD/JPY cütlüyü isə artıq 147.170 səviyyəsinə qədər bahalaşıb.
Dolların bahalaşması ilə qızıl dəyər itirir. Belə ki, sarı metal son iki gün ərzində 3345$-dan 3285$-a kimi geriləyib. Cari həftəyə 68$ səviyyəsində başlayan “Brent” markalı neftin qiyməti bu gün 71.30$-a qədər yüksəlib. “Bitcoin” isə 107000$ səviyyəsinin üzərində möhkəmlənməyə çalışır.
“Nəhəng yeddilik” (Magnificent Seven) şirkətləri arasında “Tesla”-nın səhmləri 1.3%, “Nvidia Corp.”-un səhmləri 1.1%, “Apple Inc.”-in səhmləri isə 0.03% bahalaşıb. Bununla belə, “Amazon.com Inc.”-in kapitallaşması 1.8%, “Alphabet Inc.”-in 1.4%, “Microsoft Corp.”-un isə 0.2% azalıb.
Xatırlamaq lazımdır ki, bazar ertəsi Vaşinqton bir sıra ölkələrə ABŞ-ın 1 avqust tarixindən etibarən onların mallarının idxalına yeni tariflər tətbiq edəcəyi barədə məlumat verib. Xüsusilə, Yaponiya və Cənubi Koreyadan gətirilən mallara 25%-lik tarif tətbiq olunub.
Avropa İttifaqı belə bildiriş alan ticarət tərəfdaşları arasında yer almayıb və ABŞ-la ticarət sazişi üzrə danışıqları davam etdirir. Tramp çərşənbə axşamı bildirib ki, danışıqlar yaxşı gedir, lakin əlavə edib ki, yaxın günlərdə Avropa İttifaqına da tariflərlə bağlı bildiriş göndərə bilər.
Tramp həmçinin ABŞ-a idxal olunan misə 50% tarif tətbiq etmək niyyətində olduğunu açıqlayıb. Bundan əlavə, yarımkeçirici və əczaçılıq məhsullarının idxalına da tezliklə tariflərin tətbiq olunacağını bildirib.
Çərşənbə axşamı dərc olunan məlumatlara görə, Almaniyanın ixrac həcmi may ayında əvvəlki ayla müqayisədə 1.4% azalaraq son dörd ayın minimum səviyyəsi olan 129.4 milyard avroya qədər azalıb. Analitiklər ixracın cəmi 0.2% azalacağını proqnozlaşdırmışdılar. İdxal həcmi isə 3.8% azalaraq 111.1 milyard avroya enib və son beş ayın minimumuna çatıb. Almaniyanın Ticarət Saldosu isə apreldəki 15.7 milyard avrodan may ayında 18.4 milyard avroya kimi yüksəlib.
Bu gün Bakı vaxtı ilə saat 22:00-da ABŞ Federal Ehtiyatlar Sisteminin Federal Açıq Bazar Komitəsi (FOMC) tərəfindən dərc olunacaq toplantı protokolları investorların diqqət mərkəzində olacaq əsas xəbərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
- 11 d. əvvəl
-
- 23 d. əvvəl
- 28 d. əvvəl
-
40 d. əvvəl
Sabah axşama doğru şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişəcək
- 45 d. əvvəl
- 50 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI
-
2 saat əvvəl
Su filtrlərinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb - PREZİDENT MÜƏSSİSƏDƏ OLUB
Son Xəbərlər
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
AFB Bank: İstiqrazlara yüksək tələbat olub
İmişlidə 33 milyon manatlıq müəssisə istifadəyə verildi
Ən çox oxunanlar
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri məlum oldu - SİYAHI
Su filtrlərinin istehsalı müəssisəsi fəaliyyətə başlayıb - PREZİDENT MÜƏSSİSƏDƏ OLUB
Prezident “Azera Toxumçuluq” şirkətinin müəssisəsində oldu
İlham Əliyev Sabirabadda - aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Bankların xalis mənfəəti 10 faizə yaxın artıb













.jpg)



.jpg)



