Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Qlobal bank neftin qiyməti proqnozlarını 10 dollaradək artırdı

Barclays tələbin yaxşılaşdığını əsas gətirərək 2025 və 2026-cı illər üçün neft qiyməti proqnozlarını artırıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qlobal bank neftin qiyməti proqnozlarını 10 dollaradək artırdı

Böyük Britaniyanın universal bankı Barclays, tələbin yaxşılaşması ilə əlaqədar olaraq Brent markalı neftin qiyməti proqnozunu 6 dollar/barel artıraraq 2025-ci il üçün 72 dollara, 2026-cı il üçün isə 10 dollar artıraraq 70 dollara qaldırdığını açıqlayıb.

"ABŞ-ın vasitəçiliyi ilə İsrail-İran atəşkəs davam etdiyi üçün geosiyasi gərginlik azalıb və risk bonusu ortadan qalxıb. Lakin qiymət hərəkəti bizim fikrimizcə gözləniləndən daha yaxşı əsasları əks etdirir" - Barclays qeyd edib.

Barclays bildirib ki, Rusiya da daxil olmaqla, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və onun müttəfiqləri (OPEC+) tərəfindən istehsal artımının sürətlənməsinə baxmayaraq, qlobal xam neft ehtiyatları ikinci rübdə azalıb.

04.07.2025 10:04

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18