ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yaydı
ABB “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı 3-cü araşdırma hesabatını təqdim edib. Bu araşdırma 2025-ci ilin 1-ci rübü üzrə paytaxtın əmlak bazarındakı vəziyyəti əks etdirir.
Bankın yaydığı press-relizdə bildirilir ki, son dövrlər daşınmaz əmlakın alqı-satqısında azalmalar müşahidə olunur. Bu da əmlak bazarında müəyyən durğunluq yaradıb. Bu vəziyyət daha çox mənzil və torpaq sahələrinə aiddir. Fərdi yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısında artım özünü göstərir. Mənzillərin qiymətlərində davamlı artım da əmlak bazarındakı əsas tendensiyalardandır. İcarə bazarında qiymətlər də davamlı artmaqdadır. ABB-nin yaydığı araşdırmada daşınmaz əmlak bazarındakı dəyişikliklərə təsir göstərən digər mühüm səbəbləri də izləmək mümkündür.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
1 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
1 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Ən çox oxunanlar
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti












.jpg)








.jpg)




