300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir
6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” yerli məhsul və xidmətlərin təqdim edildiyi ən böyük platformalardan biridir.Bakı Ekspo Mərkəzində 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilən sərgidə 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunur.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxışlarında ölkədə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin “Made in Azerbaijan” brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər.
Builki sərgidə də KOBİA mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Bu məqsədilə qurulmuş ayrıca stenddə sənaye, tekstil, qida, xidmət, tikinti, əl işləri, parfümeriya və s. sahələrdə fəaliyyət göstərən 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, sərgi iyunun 21-dək davam edəcək. “Yerli şirkətlərin tanıtım sərgisi” artıq 6 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Məqsəd yerli şirkətlərin məhsul və xidmətlərini, xüsusilə də ilk dəfə bazara çıxarılacaq brendləri geniş ictimaiyyətə tanıtmaq, xarici bazarlara çıxış imkanlarını artırmaq və biznes subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıqları təşviq etməkdir. Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər təmsil olunur. Əvvəlki illərdəki sərgilərdən fərqli olaraq builki sərgidə daha çox şirkət iştirak edir. Sərgidə texnoloji yeniliklər, yeni brendlər, ekoloji təmiz və dayanıqlı istehsalı dəstəkləyən şirkətlərin iştirakına üstünlük verilib. Sərgi çərçivəsində ilk dəfə olaraq mikro və kiçik sahibkarların iri şirkətlərlə əlaqələrinin genişləndirilməsi və onların təchizat zəncirində iştirakının artırılması məqsədilə KOB-ların iri şirkətlərin rəhbərləri ilə “B2B” formatlı görüşlərinin təşkili nəzərdə tutulur.
“Kapital Bank"ın rəsmi tərəfdaşlığı ilə keçirilən sərginin bu ilki tərəfdaşları Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasıdır (İCMA).
Sərgi iştirakçıları və ziyarətçiləri üçün 18-21 iyun tarixlərində, saat 10:00-16:30 aralığında hər iki istiqamət üzrə ödənişsiz avtobuslar (“Koroğlu” metro stansiyasından (Heydər Əliyev prospekti, “Alov” parkı çıxışı) xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


