Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
İnvestorların Yaxın Şərqdəki hadisələrin inkişafını izləməyə davam etməsi fonunda dollar major valyutalar qarşısında ucuzlaşıb. EURUSD valyuta cütlüyü dünən 1.16140 həddini yuxarıya doğru test etdikdən sonra 1.15420 səviyyəsinə qədər geriləyib. Eyni müddət ərzində GBPUSD cütlüyü 1.36220 həddindən 1.35570 həddinə kimi ucuzlaşıb. Münaqişənin davam etməsinə baxmayaraq, qızıl və neft dəyər itirib. Qiymətli metal 3374$-a qədər, “Brent” markalı neftin bir bareli isə 73.50$-a kimi zəifləyib.
İsrail və İran dörd gündür ki, raket zərbələri mübadiləsi aparır. Lakin, analitiklər bildirirlər ki, münaqişənin genişlənməsi və digər ölkələrin də prosesə cəlb olunacağı ilə bağlı narahatlıqlar müəyyən qədər azalıb. Digər tərəfdən, analitiklər hesab edirlər ki, regionda gərginliyin artması yanacaq tədarükündə fasilələrə səbəb olarsa, bu, qiymətlərin artmasına və ABŞ-da inflyasiyanın 4%-ə qədər yüksəlməsinə yol aça bilər. Belə bir halda, “S&P 500” fond indeksinin cari səviyyədən ilin sonuna qədər 20% ucuzlaşacağı proqnozlaşdırılır.
Əlavə olaraq, Nyu-York ştatında istehsal aktivliyi göstəricisi olan “Empire Manufacturing” indeksi iyun ayında -16 bəndə qədər geriləyib. Bu isə bir ay əvvəlki -9.2 bəndlə müqayisədə daha kəskin azalmadır. Qeyd edək ki, indeksin sıfırdan yuxarı olması regionda biznes şəraitinin yaxşılaşdığını, sıfırdan aşağı olması isə pisləşdiyini göstərir. Ekspertlər indeksin -5.5 bəndə yüksələcəyini proqnozlaşdırmışdılar.
Yaponiya Bankı (BoJ) bu gün keçirilən toplantısında uçot faiz dərəcəsini 0.50% səviyyəsində saxlamağı qərar alıb. Qeyd olunan səviyyə 2008-ci ilin oktyabr ayından bəri maksimum göstəricidir. Bundan əlavə, Yaponiya Bankı dövlət istiqrazlarının aylıq alış həcminin tədricən azaldılacağını elan edib. Mərkəzi bankın qərarı fonunda USDJPY valyuta cütlüyü 145.100 səviyyəsindən 144.400 səviyyəsinə qədər ucuzlaşıb.
Bugün ABŞ-da dərc olunacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Həmçinin, Almaniyada və Avrozonada açıqlanacaq ZEW statistik göstəriciləri və ABŞ-da dərc olunacaq İdxal Qiymət İndeksi, İxrac Qiymət İndeksi və Sənaye Sektorunda İstehsal Həcmi məlumatları bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti"nin analitikləri təərfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 11 d. əvvəl
-
-
14 d. əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
1 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
1 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
-
2 saat əvvəl
“PAŞA Bank” 2025-ci ili 178 milyon manatdan xalis mənfəətlə başa vurub
-
2 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
- 3 saat əvvəl
-
17 saat əvvəl
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azerconnect Group süni intellekt əsaslı şəbəkə alyansına üzv olub























