Mastercard və PashaPay arasında mühüm anlaşma - Daha təhlükəsiz və asan beynəlxalq pul köçürmələri gəlir
PashaPay və Mastercard strateji əməkdaşlığın gücləndirilməsi məqsədilə Money 20/20 Europe zamanı Anlaşma Memorandumu imzalayıb. Əməkdaşlıq çərçivəsində mobil əsaslı beynəlxalq pul köçürmələri, təkmilləşdirilmiş fırıldaqçılıqdan müdafiə sistemləri və m10 tətbiqi istifadəçilərinin ehtiyaclarına uyğunlaşdırılmış loyallıq proqramları nəzərdə tutulur.Azərbaycanın aparıcı fintex şirkətlərindən biri və Bir ekosisteminin üzvü olan PashaPay, rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider Mastercard ilə ölkədə innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb.
Memorandumun imzalanması iyunun 3-də, PashaPay-in Bir ekosistemi təmsil etdiyi, dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan Money 20/20 Europe zamanı Amsterdamda baş tutub.
Bu strateji əməkdaşlıq Mastercard və PashaPay arasında aşağıdakı sahələr üzrə əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur:
4 iyun tarixində verilən birgə mətbuat açıqlamasında Mastercard və PashaPay bildiriblər ki, bu strateji əməkdaşlıq aşağıdakı sahələrdə tərəflər arasında əlaqələri gücləndirməyə yönəlib:
• Kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları üzrə əməkdaşlıq;
• Mastercard və m10 markalı rəqəmsal ödəniş məhsullarının buraxılması;
• Mastercard-ın MoneySend, Cross-Border Send və Alias Directory xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxışın təmin edilməsi;
Beynəlxalq fəaliyyət sahəsinin genişləndirilməsi.
PashaPay-in baş icraçı direktoru Samir Məmmədov bildirib:
“Mastercard ilə tərəfdaşlıq, PashaPay-in maliyyə xidmətlərini daha əlçatan və təhlükəsiz etmək missiyasında mühüm mərhələdir. Qlobal təcrübəyə və güclü infrastruktura malik tərəfdaşımızla birlikdə istifadəçilərimizə və bizneslərə daha yaxşı maliyyə alətləri təqdim edə bilərik. Bu, təhlükəsiz və asan beynəlxalq pul köçürmələrini də əhatə edir. Bu Anlaşma Memorandumunun məhz Money 20/20 Europe tədbirində imzalanması isə Bir ekosistemin Azərbaycanın fintex sektorunu beynəlxalq səviyyəyə çıxarmaq, qlobal dialoqa qoşulmaq və uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq əzmini bir daha nümayiş etdirir.”
Mastercard-ın Türkiyə və Azərbaycan üzrə baş direktoru Avşar Gürdal deyib:
“Bu tərəfdaşlıq qlobal təcrübə ilə yerli bazar biliklərinin ideal sinerjisini təmsil edir. Biz sadəcə yeni ödəniş məhsulu təqdim etmirik – biz Azərbaycan istehlakçılarının və bizneslərinin ehtiyaclarını qarşılayan kompleks maliyyə alətləri yaradırıq. Məqsədimiz onları rəqəmsallaşan dünyada daha uğurlu etməyə kömək etməkdir.”
Bu Anlaşma Memorandumu hər iki şirkətin innovasiyaların təşviqinə, yerli və regional fintex ekosistemlərinin gücləndirilməsinə və rəqəmsal maliyyənin daha təhlükəsiz, inklüziv və əlçatan edilməsinə olan birgə sadiqliyini əks etdirir.
PashaPay haqqında
PashaPay, Bir ekosistemin bir hissəsi olaraq, m10 rəqəmsal pul kisəsi və MilliÖn ödəniş terminalları vasitəsilə istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təqdim edən qabaqcıl fintex platformasıdır. Şirkət, eyni zamanda, ölkədə nağdsız ödənişlərin inkişafını və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişlənməsini prioritet istiqamət kimi müəyyənləşdirib. www.pashapay.az
Mastercard haqqında
Mastercard 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara imkanlar yaradır. Müştərilərimizlə birlikdə, hər kəsin inkişaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyərək əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız, innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkəmiz sayəsində insanlar, bizneslər və dövlətlər üçün unikal məhsul və xidmətlər təklif edirik. www.mastercard.com
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)





.jpg)


.jpg)










