Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən həftə ticarət savaşlarının səngiməsi və danışıqlar dövrünün başlaması fonunda dolların dünya birjalarında möhkəmlənmə prosesi davam edib. Dollar İndeksi (DXY) 99.54 bənd həddindən 100.38 bənd həddinə kimi yüksəldi. Lakin, 2 may tarixində Avrozonada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin təsiri ilə EUR/USD və GBP/USD məzənnələri bahalaşdı.
Avropa İttifaqının Statistika İdarəsinin təqdim etdiyi ilkin məlumata əsasən, Avrozonada istehlak qiymətləri aprel ayında illik ifadədə 2.2% artıb.
Analitiklər inflyasiyanın aprel ayında 2.1%-ə qədər zəifləyəcəyini proqnozlaşdırmışdılar.
Ərzaq və enerji qiymətləri nəzərə alınmadan hesablanan İstehlak Qiymətlərinin Baza İndeksi (Core CPI) aprel ayında illik ifadədə 2.4%-dən 2.7%-ə qədər yüksəlib. Ekspertlər qeyd olunan göstəricinin 2.5% səviyyəsində olacağını ehtimal etmişdilər.
Avrozonada istehlak qiymətləri aprel ayında əvvəlki ayla müqayisədə 0.6% artıb və mart ayında olan nəticəni təkrarlayıb.
Lakin, ötən həftəni son ticarət günü Amerikada dərc olunan əmək bazarı, xüsusilə də NFP hesabatından sonra dollar itirdiyi mövqelərini bir qədər bərpa edə bildi.
Nəticədə, EUR/USD və GBP/USD cütlükləri müvafiq olaraq, 1.12930 və 1.32560 hədlərinə qədər gerilədi. USDJPY və USDCHF cütlükləri isə ötən həftəni 144.900 və 0.82600 səviyyələrində başa vurdu.
Bu həftə investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlər Federal Ehtiyyatlar Sistemi və İngiltərə Bankı (BoE) kimi requlyator nəhənglərinin faiz qərarlarıdır.
Cari həftə ərzində, həmçinin, Amerikada, Almaniyada, Avrozonada, Yaponiyada və İngiltərədə açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Kompozit Biznes Aktivliyi İndeksi göstəriciləri dünya birjalarında qiymət tendensiyalarına ciddi təsir edə bilər. Eləcə də, İsveçrədə və Türkiyədə dərc olacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri də bu həftənin iqtisadi xəbər təqvimində yer alırlar.
EUR
Avrozonada proqnozların üzərində açıqlanan inflyasiya göstəricilərinin təsiri ilə EUR/USD məzənnəsi 1.13790 həddinə kimi bahalaşsa da, sonradan Amerikada dərc olunan əmək bazarı hesabatı fonunda 1.12930 həddinə kimi ucuzlaşdı.
Hazırda 1.13370 hədlərində ticarət olunan məzənnədə “ayılar” qiyməti 1.13000 həddinin altına sala və orada saxlaya bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
Qeyd etmək lazımdır ki, cari həftə Avrozonada və Almaniyada dərc olunacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri avronun valyuta birjalarında qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftənin sonu 1.34430 həddinə kimi bahalaşan GBP/USD valyuta cütlüyü, DXY-dakı yüksəliş fonunda ucuzlaşıb və ötən həftəni 1.32700 səviyyəsində tamamlayıb. Hazırda 1.33950 səviyyəsində ticarət olunan məzənnədə 1.33000 həddi aşağıya doğru qırılsa, və bu həddin altında qalsa, eniş tendensiyası daha da dərinləşə bilər.
XAU/USD
Qızıl ötən həftə 3200$-a kimi ucuzlaşaraq ardıcıl ikinci həftəni də enişlə tamamladı. Hazırda 3259$-dan təklif olunan “sarı metal”ın qiyməti 3200$ həddinin altına düşsə, eniş tendensiyası daha kəskin xarakter ala bilər. Mümkün eniş ssenarisində qarşıda duran əsas psixoloji hədlər kimi 3200$ və 3060$ hədləri çıxış edir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 14 saat sonra
-
-
7 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
9 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"
Azərbaycan neftinin son qiyməti






.jpg)
.jpg)










.jpg)




