AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır
Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq.
AZAL-dan bildirilib ki, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.
Əhmədabad zəngin tarixi irsə və müasir həyata malik şəhərdir. Onun qədim hissəsi memarlıq nümunələri, mədəniyyət və dini ənənələrin sintezi ilə seçilir. Yeni Əhmədabad isə müasir göydələnlər, ticarət mərkəzləri və dinamik infrastrukturu ilə fərqlənir.
Qeyd edək ki, hazırda AZAL Hindistanın Mumbai və Nyu-Dehli şəhərlərinə müntəzəm uçuşlar icra edir. Belə ki, Bakı-Mumbai-Bakı marşrutu üzrə həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri reyslər həyata keçirilir. İyunun 16-dan etibarən isə bu istiqamətdə uçuşlar hər gün nəzərdə tutulub.
Eyni zamanda, Bakıdan Nyu-Dehli istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər yerinə yetirilir.
Aviabiletləri AZAL-ın rəsmi saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
3 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
-
6 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
8 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 16 d. əvvəl
- 18 d. əvvəl
- 27 d. əvvəl
- 41 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Ən çox oxunanlar
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir



























