Marcom şirkəti yerli bazardakı payını azaldır
"Biz, yatırım edərək inkişaf etdirdiyimiz kadrların gücünü şirkətin Gürcüstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliyində olan layihələrimizə yönəltməyimiz həm maliyyə, həm də təcrübə baxımından daha effektiv olacağını deyə düşünürük"Azərbaycan bazarında 7 ildən çox fəaliyyət göstərən Marcom marketinq və kommunikasiyalar şirkəti yerli bazardakı payını azaltmaq haqqında düşünür.
Marja.az-ın məlumatına görə, Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev bazar payının azaldılması ilə bağlı addımı yerli bazardakı durğunluqla əlaqələndirib:
“Bizim əlimizdə güclü infrastruktur, yerli və xarici kadrlar mövcuddur. Son zamanlar bir çox yerli şirkətlərin dayanıqlılıq və ödəniş qabiliyyətinin aşağı düşməsi Marcom şirkəti olaraq yerli bazardakı olan müştəri siyahımıza yenidən baxmağa əsas yaradır. Biz, yatırım edərək inkişaf etdirdiyimiz kadrların gücünü şirkətin Gürcüstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliyində olan layihələrimizə yönəltməyimiz həm maliyyə, həm də təcrübə baxımından daha effektiv olacağını deyə düşünürük".
Ceyhun Fərzəliyev süni intellekt alətlərinə etdikləri yatırımlara da diqqət çəkərək bildirib ki, yerli bazar iştirakçılarının bir çoxunun süni intellektə olan inamının formalaşması biraz zaman alacaq. Bu alətlərin tətbiqini xarici müştərilərimiz üçün istifadə etmək daha doğru addım olardı:
“Süni intellekt alətlərinə etdiyimiz yatırımlar yerli bazarda zəif işləyir. Yerli bazar iştirakçılarının böyük əksəriyyəti süni intellektin tətbiqinə hazır deyil. Bir çox şirkətlərdə tələb olunan datalar mövcud olmadığı üçün ortaya nəticə qoymaq, qısa yoldan gedib önləyici tədbirlər görmək, satışları artırmaq çətindir. Biz sanki bir çox şirkətlərlə fərqli dillərdə danışmış kimi oluruq. Bəzi reallıqları qəbul etmək və sürətli qərarlar vermək lazımdır. Şirkətlərdə bizimlə eyni dili danışan olmadığı üçün biz çətinliklərlə üz-üzə qalırıq.”
İcraçı direktor əlavə edib ki, şirkətlərin daxilində satış departamentinin formalaşmaması və ya yarımçıq olması marketinqin gördüyü işləri heçə endirməsi də bizi geri salır:
“Müraciət edən müştərilərin böyük əksəriyyətinin marketinq şirkətindən satış gözləntisi olur. Bu doğru yanaşma deyil. Bizim işimiz şirkətə potensial müştəriləri yönləndirmək, məhsul və xidmətlərini doğru şəkildə kommunikasiya etməkdir. Doğrudur biz uzunmüddətli çalışdığımız bir çox müştərilərimiz üçün satış komandası formalaşdırıb, işlərinə nəzarət edirik. Lakin yerli bazarda “satış adamı” adlandıra biləcəyimiz potensial kadrların sayı azdır və bu statusu layiqincə daşıyan adamlar da artıq öz yerini tutub işləyirlər. Bazarın yeni potensial kadrlar formalaşdırması lazımdır. Ona görə də satış departamenti formalaşmış və sistemi olan şirkətlərlə işləməyə üstünlük vermək məcburiyyətindəyik ki, gördüyümüz işlərdə nəticəni hər iki tərəf görə bilsin".
Qeyd edək ki, Marcom şirkətinin 2024-cü il ərzində qazandığı müştərin böyük əksəriyyəti beynəlxalq şirkətlər təşkil edir. Şirkət yerli və xarici bazarda 36 xidmətlə təmsil edilir.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 saat sonra
- 46 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu elan olundu
-
2 saat əvvəl
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
-
2 saat əvvəl
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
18 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ən çox oxunanlar
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
Azərbaycanda daha bir bank zərər ilə işləməyə başlayıb
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb





.jpg)
.jpg)






.jpg)



