Kulevi limanına Azərbaycandan ixrac azalıb, Mərkəzi Asiyadan tranzit iki dəfə artıb
Azərbaycanın Kulevi limanına ixrac etdiyi yüklərin həcmi son 1,5-2 il ərzində nisbətən azalıb.
Bu barədə Qara dəniz terminalının baş direktoru İlqar Əlizadə Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya neft ticarəti və nəqliyyatı Forumu”nda bildirib.
Onun sözlərinə görə, bu azalma Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi ilə bağlıdır:
“Əvvəllər ixraca yönləndirilən bəzi məhsullar, məsələn, aşağı keyfiyyətli dizel artıq “Avro-5” standartlarına uyğun dərin emaldan keçirilir. Zavod Gürcüstan bazarı üçün də “Avro-5” standartlı benzin və dizel istehsal edir. Bu məhsulların daxili bazarda istifadə olunması Kulevi limanına ixracın əvvəlki illərlə müqayisədə bir qədər azalmasına səbəb olub”.
Bununla belə, İ.Əlizadə Kulevi limanında ümumi yük dövriyyəsinin artdığını və xüsusilə Mərkəzi Asiyadan gələn tranzit yüklərin əhəmiyyətli dərəcədə çoxaldığını vurğulayıb:
“Qazaxıstan və Türkmənistandan tranzit yüklərin həcmi təxminən iki dəfə artıb. Gözləyirik ki, yaxın gələcəkdə Özbəkistan da bu marşruta qoşulacaq və bu ölkədən də yüklərin ixracı başlayacaq. Həmçinin əminik ki, Azərbaycan da yaxın illərdə ixrac imkanlarını artıracaq. Biz isə bu artımı qarşılamaq üçün bütün texniki və logistika baxımından hazır olmalıyıq”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)

