Azərbaycan bankı bütün göstəricilərinin artdığını açıqladı
Bank “BTB”-nin 1-ci rüb üzrə maliyyə göstəriciləri açıqlanıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ötən illin müsbət dinamikası bu il də davam edib və bankın bütün göstəriciləri artmaqdadır.
Belə ki, 2025-ci ilin ilk 3 ayı ərzində bankın xalis mənfəəti 814 min manata çatmışdır. Bankın xalis faiz gəlirləri 2024-cü ilin 3 ayının yekunları ilə müqayisədə 14% artaraq 3.3 milyon manat, qeyri-faiz gəlirləri 40% artaraq 1.5 milyon manat, xalis əməliyyat mənfəəti isə 28% artaraq 1.2 milyon manat təşkil etmişdir.
Qeyd edilib ki, Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025-ci ilin əvvəlində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu xətti ilə 42 müştəriyə 4 milyon 231 milyon manat həcmində, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi xətti ilə 364 min 985 manat həcmində kreditlər rəsmiləşdirmişdir.
2025-ci ilin 1-ci rübünün sonuna Bankın məcmu kapitalı 52 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 22 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bankın ani likvidlik əmsalı isə 146 % təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)







