"Bank VTB (Azərbaycan)" ASC-nin Sədri ABA-nı yubileyi münasibəti ilə təbrik edib
Azərbaycan Banklar Assosiasiyası (ABA) fəaliyyətinin 35-ci ilini qeyd edir. Bank VTB (Azərbaycan) ASC-nin Sədri İqor Okayev Azərbaycan Banklar Assosiasiyasını (ABA) yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli, Azərbaycan Banklar Assosiasiyası,
VTB (Azərbaycan) kollektivi adından Sizi 35 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm! Bu müddət ərzində ABA bank sektorunun inkişafında, maliyyə sisteminin təkmilləşdirilməsində və beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynamışdır. Müasir və şəffaf bank mühitinin formalaşmasına verdiyiniz töhfə yüksək qiymətləndirilir.
Assosiasiya ötən 35 il ərzində geniş beynəlxalq əlaqələr quraraq, yerli bankların qabaqcıl dünya təcrübəsinə çıxışını təmin etmiş, bu da sektorun inkişafına və rəqabət qabiliyyətinin artmasına şərait yaratmışdır.
Assosiasiya həmçinin bankların innovativ təşəbbüslərini daim dəstəkləyən, sosial əhəmiyyətli layihələrin həyata keçirilməsinə yardım edən lider və yenilikçi bir təşkilat kimi tanınır. Qarşıdakı illərdə də rəhbərliyə və bütün əməkdaşlara davamlı uğurlar, yeni nailiyyətlər və dayanıqlı inkişaf arzulayırıq!”, - deyə, VTB (Azərbaycan)-ın ASC-nin Sədri İqor Okayev şərh edib.
Hörmətlə,
İqor Okayev
Bank VTB (Azərbaycan)-ın Sədri"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















